Sahibkarlara “burada biznes qurun” çağırışı!
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektlərini Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, Mingəçevir və Sabirabad rayonlarında fəaliyyət göstərən sahibkarlar, eləcə də bu rayonlarda öz biznesini qurmaq istəyən potensial sahibkarlar sənaye parkında və məhəlləsində yaradılmış müasir infrastrukturdan və güzəştlərdən istifadə edərək burada öz biznesini qura və ya mövcud sahibkarlıq fəaliyyətini daha da genişləndirə bilər.
Yüngül sənaye üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkı sahibkarlar üçün müasir infrastrukur, vergi və gömrük güzəştləri, əlverişli logistika imkanları təklif edir. Belə ki, Mingəçevir Sənaye Parkı dövlət tərəfindən müasir infrastruktur, o cümlədən elektrik enerjisi, təbii qaz, su, daxili avtomobil yolları və fiberoptik kabel xətti ilə təchiz edilib ki, bu sahibkarlara bu məqsədlər üçün ayıracağı vəsaiti biznesin inkişafına yönəltməyə imkan verir. Sənaye parkının rezidenti olan sahibkarlar qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azaddır. Bundan başqa, sənaye parkının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Kiçik sahibkarlıq subyektlərinin Sabirabad Sənaye Məhəlləsində istehsal, emal və iqtisadiyyatın digər sahələri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb. Sabirabad Sənaye Məhəlləsi kiçik sahibkarlıq subyektlərinə elektrik enerjisi, təbii qaz, su, daxili avtomobil yolları və fiberoptik kabel xətti ilə təchiz edilmiş müxtəlif istehsal obyektlərindən ibarət müasir infrastruktur təklif edir.
Sahibkarlar Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsi, eləcə də ölkədə fəaliyyət göstərən digər sənaye parkları və məhəllələri ilə bağlı ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından, eləcə də sənaye parkları və məhəllələrinin idarəedici təşkilatlarının internet səhifələrindən (www.scip.az, www.aic.az və www.tamizshahar.az) əldə edə bilərlər.
Həmçinin, sahibkarlar sənaye parkları və məhəllələri ilə bağlı informasiya və əlaqələndirmə xidmətləri üçün KOBİA-nın regional nümayəndələrinə - KOB dostlarına müraciət edə bilər (https://bit.ly/3l7Ymej).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
