Naxçıvan iqtisadiyyatı cüzi artıb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da 1 milyard 574 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yerli Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.
Son1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,1% artaraq 3 421 manat olub.
Naxçıvanın ÜDM-nin tərkibində ilk yeri sənaye sahəsi tutub. Sənaye üzrə 648,7 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da illik müqayisədə 0,9% çoxdur.
Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da 256,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur.
7 ay ərzində muxtar respublikada diri çəkidə ət istehsalı 13 673 ton, süd istehsalı isə 61 361 ton təşkil edib. Bu, illik müqayisədə müvafiq olaraq 2,4% və 1,7% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























