Yelo Banka maya qoyulmasına başlanır
Yelo Bank-ın nizamnamə kapitalının yenidən artırılmasına başlanılır.
Marja xəbər verir ki, 2020-ci il ərzində Bankın nizamnamə kapitalı mərhələli olaraq 30 milyon manat artırılacaq. İlk 10 milyon manatlıq tranşın yerləşdirilməsinin İyul ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Əgər planda əsklik olmasa Yelo Bankın nizamnamə kapitalı iyul ayının sonunda 358 milyon manata, 2020-ci ilin sonunda isə 378 milyon manata çatacaq.
Bankın səhmdarları nizamnamə kapitalının 30 milyon manat artırılması barədə 2020-ci ilin 1-ci rübündə qərar qəbul ediblər.
Yelo Bank ASC-nin nizamnamə kapitalının 95.68%-i "Topaz Investments" QSC-yə, 4.22%-i fiziki şəxslərə və 0.10% İSR Holding-ə məxsusdur.
Bankda ən böyük paya malik olan "Topaz Investments" QSC tanınmış Azərbaycan əsilli iş adamı, “Lukoyl” şirkətinin rəhbəri, milyarder Vahid Ələkbərovun nəzarətindədir.
Yelo Bankın nizamnamə kapitalının artırılmasının əsas səbəbi əvvəlki dövrlərdə baş vermiş xalis zərərlərin kapitalın böyük hissəsini silməsidir. Yelo Bank 348 milyon manat nizamnamə kapitalına malik olsa da, 2020-ci ilin Mart ayının sonunda məcmu kapitalı 61 milyon 377 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
9 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 27 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb



























