Əməkhaqqı kartlarının azalması insanların iş yerlərini itirdiklərinə işarədir
2020-ci ilin May ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 8 milyon 466 min ədəd təşkil edib.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cəmi ödəniş kartlarının sayı 2020-ci ilin yanvar-may ayları ərzində ötən ilin sonu ilə müqayisədə 1 milyon 200 min ədəd artıb. Kartların sayında artımın böyük hissəsi fermer kartlarının və 190 manat birdəfəlik yardımın alınması üçün kartların verilməsi ilə əlaqədardır. Belə ki, ilk 5 ayda sosial kartların sayı 915 min ədəd artaraq 3 milyon 198 min ədədə yüksəlib. O cümlədən, aprel - may aylarında isə sosial kartların sayında artım 544 min ədəd təşkil edib.
2020-ci ilin Yanvar ayından əməkhaqqı kartlarının sayı azalır. Bu, koronavirus ilə əlaqədar olaraq insanların iş yerlərini itirdiklərinə işarədir.
2020-ci ilin Yanvar ayının sonunda 2 milyon 355 min ədədə çatan əməkhaqqı kartları sonrakı aylar 29 ədəd azalaraq Mayın sonunda 2 milyon 326 min ədədə düşüb.
Əməkhaqqı kartları aprel ayında min ədəd, may ayında isə 7 min ədəd azalıb.
2020-ci ilin yanvar – may dövründə əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 161 min ədəd artaraq 1 milyon 930 min ədədə, kredit kartlarının sayı isə 115 min ədəd artaraq 912 min ədədə çatıb.
May ayında sosial kart olmayan digər debet kartlarının sayı 72 min ədəd, kredit kartlarının sayı isə 35 min ədəd artıb. Karantin dövründə kredit kartlarının sayının artması diqqəti cəlb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























