Rabitəbankın Kartmane kartları ilə bütün restoranlardan 27% keşbək
(®️) “Rabitəbank” ASC öz 27-ci fəaliyyət ili münasibətilə Kartmane sahibi olan müştərilərinə xoş sürpriz hazırlayıb.
Yalnız bir gün - 30 iyun, “Rabitəbank” 27-ci yaşında Kartmane vasitəsilə restoranlardan və yemək çatdırma xidmətlərindən sifarişlə edilən bütün ödəmələr 27% keşbək qazandıracaq. Bu kampaniya xüsusən mövcud vəziyyətlə bağlı hər kəsin evdə olduğu müddətdə ən çox yararlandığı restorandan yemək sifarişi tətbiqləri üçün də keçərlidir. Hansı restoran olmasından asılı olmayaraq 30 iyun üçün bütün sifarişlərdən 27% keşbək Kartmane kartına geri qayıdacaq.
Kartmane həm debet, həm də kredit kartı kimi seçimləri olan unikal məhsuldur. Bu kartın sahibləri partnyor mağazalardan 30%-dək, istər Azərbaycanda, istər xaricdə bütün YDM-lərdən 10%-dək, restoranlardan isə 5%-dək keşbək qazanırlar. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 2 % keşbək qazanmaq imkanı yaradılıb. Kartmane vasitəsilə “Rabitəbank”a məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komissiya haqqı tətbiq edilmir.
Kartmane öz sahiblərinə əlavə olaraq başqa üstünlüklər də qazandırır. Belə ki, Kartmane Azərbaycanda 100 gün güzəşt müddətli ilk kredit kartıdır. Yəni siz kartdakı vəsaitdən 100 gün ərzində faizsiz istifadə imkanı əldə edə bilərsiniz.
Əgər hələ də Kartmaneniz yoxdursa, Rabitəbankın istənilən filialına yaxınlaşaraq və ya www.rabitabank.az saytından, “Rabitabank Mobile” tətbiqi və mesencer&teleqram üzərindən “RabitaBot” çatbotu vasitəsilə sifariş edə bilərsiniz. Kartmane haqqında bütün yeniliklərdən ilk xəbərdar olmaq üçün “Kartmane” teleqram kanalına abunə ola bilərsiniz: https://t.me/KartmaneAZ
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
41 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























