“Əhalinin bank əmanətlərinin sığortalanması sisteminə yenidən baxılmasına ehtiyac var”
Azərbaycanda əhalinin bank əmanətlərinin sığortalanması sisteminə dəyişiklik edilməsinə və təkmilləşdirilməsinə ehtiyac var.
Bu sözləri Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.
"Hazırda bu istiqamətdə iş aparılır. Biz mütəmadi olaraq Mərkəzi Bankla görüşlər keçiririk. Hazırda biz əmanətlərin risk əsaslı sığortalanması müddətini nəzərdən keçiririk. Bundan başqa, fonda əmanətçilərin adları üzrə reyestrin təqdim olunmaması, yalnız ayrı-ayrı bankla bağlı depozitlərin ümumi məbləğinin göstərildiyi rüblük reyestrin təqdim edilməsi problemi mövcuddur", - deyə Piriyev bu gün mətbuat konfransında bildirib.
İcraçı direktorun sözlərinə görə, bu halda banklar tərəfindən tam məlumat göndərilərsə, fond bankın müflis olması zamanı yoxlanılmış məlumatlar əsasında kompensasiyaların məbləğini müəyyən edə bilər. Qanunvericilik hələ ki, bu imkanı vermir, lakin fond sözügedən istiqamətdə iş aparacaq.
Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2016-cı il martın 1-də tətbiq edilib. Sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADIF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 12%-dən (2020-ci il iyunun 1-dən), xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmır.
"İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























