“Renessans Palace” sakinləri üçün GPON texnologiyası ilə ən sürətli internet və İP telefoniya şəbəkəsini yaradıb
®️ Ötən ilin sentyabr ayından yaşayışa tam təhvil verilən, paytaxtın ən iri premium yaşayış komplekslərindən sayılan “Renessans Palace” da hazırda 500-dən artıq sakin yaşayır.
Özünün ən iri qapalı həyəti ilə, ən iri parkinq sahəsilə seçilən kompleks öz sakinləri üçün GPON texnologiyası ilə ən sürətli internet və İP telefoniya şəbəkəsini yaradıb.
Müasir şəbəkə texnologiyalarından sayılan GPON stabillik, ümumi şəbəkədəki yüklənmədən və xarici faktorlardan asılı olmayaraq qoşulmada yüksək keyfiyyətilə fərqlənir.
Avropa və dünyanın bir çox aparıcı ölkələrində məhz GPON müasir sürət standartı hesab edilir. Renessans Palace-ın öz sakinləri üçün tətbiq etdiyi bu sistem saniyədə 20 Mbitdən 500 Mbitə qədər geniş sürət diapazonunu təqdim edir. Bu sistem kompleksdə Çinin telekommunikasiya nəhənglərindən sayılan HUAWEI şirkətinin avadanlıqları ilə quraşdırılıb.
Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq – 3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı sürətli liftlər quraşdırılıb.
Renessans Palace premium kompleksində yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
7 d. əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
-
15 d. əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
58 d. əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 2 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Ən çox oxunanlar
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

























