Kapital Bank kartların müddətini uzatdı
(®️) Məlumat verdiyimiz kimi, Kapital Bank koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə Bank, təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alanlara qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.
Belə ki, istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır. Təhsil və tələbə kartları 30 avqust, sosial müavinət kartları 30 sentyabr, ünvanlı sosial yardım kartları 31 oktyabr, əmək, pensiya kartları isə 30 noyabr 2020-ci il tarixinədək uzadılır. Bununla da, həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır.
Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyondan artıq ödəniş kartı vardır. Bu ödəniş kartları ilə onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. Kapital Bank-ın ölkə üzrə 800-dək bankomatı, 10 000-dək POS terminalı vardır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















