“AG Bank üzrə heç kim əmanətini ala bilməyib, hər kəsə blok qoyulub”
“Ancaq “səbr edin” deyirlər”İyunun 15-dən AGBank-ın əmanətçilərinə kompensasiya veriləcəyi açıqlansa da bugünədək heç bir əmanətçinin kompensasiya almadığı bildirilir.
Bankın əmanətçilərinin Marja-ya verdiyi məlumata görə, Mərkəzi Bank 2017-ci ildən AG Banka əmanət qəbul etməyi qadağan edib, buna baxmayaraq bank əmanət qəbuluna davam edib:
“Lisenziyası ləğv edilmiş AG Bankın əmanətçilərindən heç kim əmanətini ala bilməyib, hər kəsə blok qoyulub. Lisenziyası ləğv edilmiş NBC Bank, Ata Bank əmanətçilərindən kompensasiya alanlar olub, amma AG Bankda hər kəsə blok qoyulub. Səbəb olaraq deyilir ki, AG Bank 2017-ci ildən əmanət qəbul etməməli imiş. Bunu biz vətəndaşlardan gizlədiblər. Əmanətlərin SIğortalanması Fonduna getdik, bildirdilər ki, “səbr edin 1 aya məhkəmə olacaq”. Dünən isə Fond açıqlama verib ki, məhkəmə olmayacaq başqa üsullar ilə həll olunacaq. Bunlar gündə bir yalan, bir bəhanə gətirirlər. Belə çıxır ki, məhkəmə yalanını biz əmanətçiləri başlarından etmək, vaxt qazanmaq üçün bəhanə olaraq söyləyiblər. Suallarımıza cavab ala bilmirik, ancaq “səbr edin” deyirlər.Bizə kömək üçün bu məsələni işıqlandırmağınızı xahiş edirik”.
AG Bankın başqa bir əmanətçisi Marja-ya müraciətində bildirib:
“2019-cu ildən AG Bankın əmanətçisiyəm. Əlimdə sığortalı müqavilə banka qoyduğum əmanəti ala bilmirəm. AG Bank əmanətçilərini Beynəlxalq Banka yönləndiriblər. Getdim, dedilər “səhvlik var gedin Əmanətlərin Sığortalanması Fonduna”. Getdim Fonda, dedilər “blokdasız məhkəmə olacaq, gözləyin”. Dedim “blok olmağa səbəb nədir?” Dedilər “bank 2017-dən depozit götürməməli imiş”. Dedim müqavilə də yazılıb ki, bankda bir problem olduqda bunu insanlara KİV vasitəsi ilə bildirməlidirlər. Sual verirəm, hansı TV kanalında bu haqda məlumat veriblər, insanlara xəbərdarlıq ediblər? Ancaq bir cavab verirlər ki, “səbr edin”. Dünən isə xəbər çıxdı ki, fond deyib ki, məhkəmə olmayacaq. Hər gün bir yalan, bir bəhanə”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















