Nizamnamə kapitalından ən yaxşı istifadə edən banklar
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bank bu ilin I rübünü 167,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 4 milyard 625,6 milyon manat məbləğində nizamnamə kapitalının 3,6%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 22 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 33,2%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə Azərbaycanda 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Premium Bank" ASC tutub. Bu bank ötən rüb nizamnamə kapitalının 5,8%-i qədər mənfəət əldə edib. Bu arada, "Premium Bank" kapitalının məbləğinə görə, 28 bank arasında 10-cu yerdə qərarlaşıb.
Mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerə isə 5,2%-lik göstərici ilə "Express Bank" ASC sahib olub. Xatırladaq ki, bu bank kapitalının məbləğinə görə, ölkədə 9-cudur.
Mənfəətlə işləyən qalan 19 bankdan 14-də sözügedən göstərici 1-5% arasında, 5 bankda isə 1%-dən azdır.
№
|
Bankın adı | Bankın rüblük mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Kapital Bank | 33,2% |
2 | Premium Bank | 5,8% |
3 | Express Bank | 5,2% |
4 | Unibank | 5,0% |
5 | Azərbaycan Beynəlxalq Bankı | 4,1% |
6 | Bank Respublika | 3,9% |
7 | Azərbaycan Sənaye Bankı | 3,7% |
8 | Bank of Baku | 3,7% |
9 | AFB Bank | 3,6% |
10 | Naxçıvan Bank | 2,8% |
11 | Xalq Bank | 2,5% |
12 | Günay Bank | 1,7% |
13 | Zıraat Bank Azərbaycan | 1,2% |
14 | Bank BTB | 1,1% |
15 | Rabitəbank | 1,1% |
16 | PAŞA Bank | 1,0% |
17 | Access Bank | 1,0% |
18 | Turan Bank | 0,9% |
19 | Azər-Türk Bank | 0,8% |
20 | Bank VTB Azərbaycan | 0,4% |
21 | İran Milli Bankı - Bakı | 0,3% |
22 | Bank Avrasiya | 0,3% |
23 | NBC Bank | -0,5% |
24 | AGBank | -1,0% |
25 | Yapı Kredi Bank Azərbaycan | -1,2% |
26 | Muğan Bank | -1,3% |
27 | Pakistan Milli Bankı - Bakı | -1,4% |
28 | Yelo Bank | -1,8% |
©️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























