Expressbank Yasamal filialını yeni ünvanda müştərilərinin xidmətinə təqdim etdi
Ölkəmizin ilk kommersiya banklarından biri olan “Expressbank” Yasamal filialını yeni ünvanda müştərilərinin xidmətinə təqdim edib.
Bankın yaydığı məlumatda bildirilir ki, indi Yasamal filialı, daha rahat ünvanda, daha geniş interyeri və müasirliyi ilə diqqət çəkir. Filial həm biznes, həm pərakəndə bankçılıq istiqamətində müxtəlif bank xidmətləri təklif edir. Biznesini genişləndirmək istəyən kiçik və orta sahibkarlar, həmçinin iri biznes sahibləri müraciət edərək sərfəli kredit şərtlərindən yararlana bilərlər. Hüquqi şəxslər üçün də xüsusi şərtlər, fərdi tariflər nəzərdə tutulub.
COVİD-19 pandemiyası ilə əlaqədar mövcud vəziyyəti nəzərə alaraq, bank həmçinin filiallarının iş rejımi və daxili qaydaları haqqında da məlumat yayıb. Belə ki, bankın bütün filialları bazar ertəsi-cümə, saat 9:00-dan 18:00-dək müştərilərin xidmətindədir. Nazirlər Kabinetinin xüsusi karantin rejımində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarına əsasən, istər müştərilər, istərsə də bank əməkdaşları filial daxili mütləq qaydada tibbi maskada olmalı, ara məsafələrini qorumalıdırlar.
Qeyd edək ki, Expressbank-ın Yasamal filialı Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























