Aktivlərindən ən yaxşı istifadə edən banklar
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bank bu ilin I rübünü 167,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 31milyard 538,3 milyon manat məbləğində aktivlərin 0,5%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 22 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" və "Express Bank" ASC-lər olub. Bu bankların əldə etdiyi mənfəət aktivlərinin 1,7%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" və "Express Bank" aktivlərinin məbləğinə görə ölkədə müvafiq olaraq 3-cü və 19-cudur.
Fəaliyyət effektivliyinə görə, 3-cü yeri isə "Naxçıvan Bank" ASC tutub. Bu bank ötən rüb aktivlərinin 1%-i qədər mənfəət əldə edib. Bu arada, "Naxçıvan Bank" aktivlərinin məbləğinə görə, 28 bank arasında 24-cü yerdə qərarlaşıb.
Mənfəətlə işləyən qalan 19 bankda isə sözügedən göstərici 0,1-0,9% arasında dəyişir.
№ | Bankın adı | Bankın rüblük mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Kapital Bank | 1,7% |
2 | Express Bank | 1,7% |
3 | Naxçıvan Bank | 1,0% |
4 | Premium Bank | 0,9% |
5 | Bank VTB Azərbaycan | 0,8% |
6 | Unibank | 0,8% |
7 | Azərbaycan Beynəlxalq Bankı | 0,6% |
8 | Bank of Baku | 0,5% |
9 | Günay Bank | 0,5% |
10 | AFB Bank | 0,4% |
11 | Xalq Bank | 0,4% |
12 | Access Bank | 0,3% |
13 | Azərbaycan Sənaye Bankı | 0,2% |
14 | Zıraat Bank Azərbaycan | 0,2% |
15 | İran Milli Bankı - Bakı | 0,2% |
16 | Bank Respublika | 0,2% |
17 | Bank BTB | 0,2% |
18 | Rabitəbank | 0,2% |
19 | Turan Bank | 0,1% |
20 | Azər-Türk Bank | 0,1% |
21 | Bank Avrasiya | 0,1% |
22 | PAŞA Bank | 0,1% |
23 | NBC Bank | -0,1% |
24 | Yapı Kredi Bank Azərbaycan | -0,2% |
25 | Muğan Bank | -0,2% |
26 | AGBank | -0,2% |
27 | Pakistan Milli Bankı - Bakı | -1,0% |
28 | Yelo Bank | -1,3% |
©️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























