Ən aktiv bəhrələnən şərab istehsalçılarıdır
İxracatçılara dəstək mexanizmləri və “Made in Azerbaijan” brendinin təşviqi tədbirlərindən ən aktiv bəhrələnən məhz şərab istehsalçılarıdır.
“Marja” bunu aprelin 17-də Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov bildirib.
O qeyd edib ki, ixrac təşviqi mexanizminin başladığı 2016-cı ilin noyabrından bu günədək şərab və konyak məhsullarının ixracına görə 460 min manatdan çox məbləğdə ixrac təşviqi məhz şərabçılarımıza ödənilib. Şirkətlərimiz Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda və Ukraynada biznes forumlarda, digər çoxsaylı işgüzar görüşlərdə iştirak edib, məhsulları təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib.
Elçin Mədətov qeyd edib ki, təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı proqramları və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına böyük dəstək olub. Bu sahədə əhəmiyyətli işlər görülüb, üzüm istehsalı və emalı sahəsinin inkişafına dövlət tərəfindən 40 milyon manatdan çox güzəştli kredit verilib, müasir bağlar salınıb, son texnoloji avadanlıqlarla təchiz olunmuş şərab zavodları qurulub, məhsulların çeşidləri və keyfiyyətində inqilabi dönüş edilib:
“Bütün bunların nəticəsidir ki, Azərbaycanın şərab və konyakları mötəbər sərgi və dequstasiyalarda ən yüksək qiymətə və təltiflərə layiq görülməyə başladı. Təkcə son aylar ərzində şərablarımız Çində keçirilən sərgidə qızıl medala, Bolqarıstanda keçirilən müsabiqədə isə gümüş medala layiq görülüb.
Şərab və konyak məhsullarımızın qeyri-neft ixracında payı da artmaqdadır. Ötən illə müqayisədə bu ilin ilk üç ayı ərzində şərab ixracımız 29 faiz, konyak məhsullarımızın ixracı isə 2,3 dəfə artıb. Lakin şərabçılarımızın potensialı bundan dəfələrlə çoxdur və biz müvafiq dövlət qurumları və AZPROMO ilə əməkdaşlıq edərək bu potensialın tam reallaşdırılmasına çalışırıq”.
Elçin Mədətov bildirib ki, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı qısa müddət ərzində ətrafına 25-dən çox müəssisənı birləşdirib, bu sahədə fəaliyyət göstərən yerli mütəxəssisləri cəlb edib:
“Məqsədimiz şərabçılıq sahəsində ölkəmizin potensialını tam reallaşdırmaq, bu sahədə müəssisələrimizin fəaliyyətini əlaqələndirmək, respublikada mövcud olan üzümçülük təsərrüfatları, üzüm sortları və əkin sahələrinin statistikasının təkmilləşdirilməsinə və müasir normativ texniki sənədlərin hazırlanmasına dəstək vermək, yerli kadrların yetişdirilməsində və milli əmtəə nişanlarının reyestrinin tərtib olunmasında iştirak etmək, şərab turlarını təşviq etməkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























