“İnkişaf üçün maliyyə” BOKT-un xalis mənfəəti kəskin artıb
“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 3,3 milyon manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə 51,2% çoxdur.
Ötən il “İnkişaf üçün maliyyə”nin vergiyəqədərki mənfəəti 3,2 milyon manat (əvvəlki ilə nisbətən 9,8% çox), mənfəət vergisi ödəmələri üzrə qanaəti isə 82 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “İnkişaf üçün maliyyə”nin aktivləri 9 milyon manat olub ki, bu da illik müqayisədə 96,6% çoxdur. Bunun 5,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 63,4% böyüyüb.
Hesabat dövründə “İnkişaf üçün maliyyə”nin öhdəlikləri 41,1% artaraq 3,6 milyon manata, balans kapitalı isə 2,7 dəfə artaraq 5,3 milyon manata çatıb.
Xatırladaq ki, “İnkişaf üçün maliyyə” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 min manatdır. BOKT-un təsisçisi 100% Böyük Britaniyanın “Oksfam” təşkilatıdır.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















