“Əlimdə müqavilə, kitabça və qəbz var, əmanətimi ala bilmirəm"
Atabank-ın qanunsuz əmanət cəlb etdiyi bildirilirLisenziyası ləğv edilmiş Atabank-ın qanunsuz əmanət cəlb etdiyi bildirilir.
Bankın əmanətçisi Yazgül Əliyeva Marja-ya müraciətində bildirib ki, AtaBank-ın 23 İyul 2019 – 11 Sentyabr 2019-cu il tarixlərində əmanət qəbul etmək hüququ olmayıb. Bu səbəbdən həmin dövrdə bu banka yatırılan əmanətə görə kompensasiya ödənilməyəcəkdir:
“Mən Əliyeva Yazgül Süleyman qızı 23 İyul 2019-cu ul tarixində Atabanka əmanət qoymuşam. Bank müflis elan olunub və ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib. İyulun 1-də kompensasiya almaq üçün Kapital Banka müraciət etdim. Mənə əmanətimin bloklandığı bildirildi və kompensasiya ödənilmədi. Əmanətlərin Sığortalanması Fonduna müraciət etdim. Fonddan müraciətimə cavab olaraq bildirdi ki, 23 İyul 2019 – 11 Sentyabr 2019-cu il tarixlərində Atabankın əmanət qəbul etmək hüququ olmayıb və bu tarixlərdə yatırılmış əmanətlər sığortasızdır. Dedim ki, “belə şey olar, əlimdə müqavilə, əmanət kitabçası və qəbz var, bu qədər saxtakarlıq olmaz. Üstündən az qala bir il keçir, indi Atabank-ın bir müddət əmanət cəlb etmək hüququ olmadığı bildirilir. Bu barədə öncədən kütləvi informasiya vasitələrində məlumat verlməli idi. Bu, dələduzluqdir, cinayətdir”.
Yazgül Əliyeva kompensasiyanın qaytarılması prosesində özbaşınalıq olduğunu iddia edir və ölkə rəhbərliyindən kömək istəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























