Bakı Dövlət Universitetinin tələbələrinə “Smart tələbə kartı” təqdim edildi
Bakı Dövlət Universitetinin tələbələrinə Kapital Bank-ın “Smart tələbə kart”ları təqdim edilib. Bu kartlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və BDU-nun təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirilib.
Məlumat üçün qeyd edək ki, “Smart tələbə kartı” vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə çox rahat şəkildə əldə edəcəklər.
Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub. Həmçinin müəllimlər üçün də xüsusi kartların hazırlanması üzrə işlər davam edir və təhsil bərpa olunduqdan sonra ilk dəfə təqdimatı baş tutacaq.
Qeyd edək ki, indiyədək UNEC, Bakı Mühəndislik Universiteti və digər başqa peşə məktəblərinin tələbələrinə də smart tələbə kartları təqdim edilib. Gələcəkdə digər ali məktəblərə də analoji kartlar veriləcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























