Növbəti “BirKart BOKT” filialı fəaliyyətə başladı
Kapital Bank-ın təsisçi olduğu “BirKart BOKT” MMC-nin növbəti Həzi Aslanov filialı olan "BirKart Mərkəzi" fəaliyyətə başlayıb.
Filial Bakının Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 73 ünvanında (Həzi Aslanov metro stansiyasının çıxışında) yerləşir. Filial hər gün saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərir.
Burada müştərilər ümumi olaraq BirKart haqqında, eyni zamanda partnyor guşəsində Kapital Bank-ın partnyorları və onların kampaniyaları barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin, əlavə imkan kimi daxildə yerləşən müəyyən partnyorların stendləri ilə tanış olub BirKart rəsmiləşdirilməsindən sonra müvafiq məhsulları taksitdən istifadə etməklə, əldə edə bilərlər.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 4000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
24 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























