Rabitəbank aztəminatlı ailələrin biznes xəyallarını gerçəkləşdirdi
Rabitəbank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran kəndlilərə mal və materialların verilməsini həyata keçiribXaçmaz rayon sakini Tünzalə xanımın uşaqlıq arzusu dərzi olmaqdır: “Evdə hərdən özüm üçün iynə-sapla işləsəm də, bu işdən pul qazana bilmirdim. İmkan da yox idi ki, bacarığımı biznesə çevirim və özümü sahibkar kimi formalaşdırım. Amma bu gün Rabitəbank əməkdaşları mənə elektriklə işləyən müasir tikiş maşını hədiyyə etdilər. İllərdir, ürəyimdə olan arzuma çatdım. Rabitəbank əməkdaşlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstərdiyi diqqət və qayğıdan dolayı təşəkkür edirəm.”
Heyvandarlıqla məşğul olan Kürdəmir rayon sakini Muğan Məmmədovun da ailəsində bu gün sevincli gün yaşanır. Muğan bəy ailəsini keçindirmək üçün süd istehsal edir və ya ətlik inək saxlayırdı. Rabitəbankın dəstəyi ilə Muğan bəyin təsərrüfatının məhsuldarlıq həcmi artmış və ailə təsərrüfatını genişləndirmək arzusu həyata keçmişdir: “Həmişə istəmişəm ki, heyvardarlıqla məşğul olaraq təsərrüfat həcmini artırım və işimi genişləndirim. Elə bil Rabitəbank mənim bu istəyimi eşitmiş kimi bu bayram günündə 2 inək hədiyyə etdi. Mənim üçün ikiqat bayram oldu. Axır ki, sevdiyim işlə daha rahat məşğul ola biləcəm!” Öz təsərrüfatını qurmağa hazırlaşan Muğan bəy gələcəkdə inəklərin sayını artırmaqla digər kənd sakinlərini də təsərrüfata cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, Rabitəbank korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq özünüməşğulluq proqramına dəstək verir. Bankın bu kimi addımı, xüsusən koronavirus pandemiyası dövründə ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























