Qızılın qiyməti, Şimali Koreya gərginliyi ilə 5 ayın zirvəsinə çıxdı
Qızıl qiymətləri, ABŞ Prezidenti Donald Trumpın, Şimali Koreyanın həftəsonu atdığı balistik raketinin uğursuz olmasının ardından, bu ölkəyə qəfil hücum daxil, hərbi müdaxilədə istəkli olduğunu qeyd etməsinin ardından Noyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxıb.
"Marja" xəbər verir ki, qızılın unsiyası 0.8 faiz bahalaşaraq 1295.56 dollara qədər qalxaraq 9 Noyabrdan bu yana ən yüksək səviyyəsini görüb.
Analitiklər bildirirlər ki, qızıl, "etibarlı liman" alışları ilə yəqin ki, yüksək qiymətlərdə qalacaq. Qızılın unsiyasının qiymətinin 1300 dolları keçəcəyi gözlənilir.
Qiymətli metal keçən həftə 2.5 faiz bahalaşıb.
ABŞ valyutasının 10 əhəmiyyətli pul qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi ötən həftə 0.7% düşdükdən sonra, bu gün 0.2 faiz geriləyib.
10 il müddətli ABŞ Xəzinə istiqrazlarının faizi Noyabr ayından bu yana ən aşağı səviyyəsini görüb.
Gümüşün unsiyası 0.3% bahalaşaraq 18.6015 dollara, platin 0.8 faiz yüksəlişlə unsiyası 980.46 dollara və palladyum 0.1 faiz yüksələrək unsiyası 797.43 dollara çatıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
8 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
10 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 11 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
15 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
17 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi






















