Kapital Bank kibertəhlükəsizliyini gücləndirdi
Kapital Bank kiberhücumların qarşısının alınması üzrə ixtisaslaşan beynəlxalq Group-IB şirkətinin dəstəyi ilə kibertəhlükələrin öncədən aşkarlanması üçün istifadə olunan Group-IB Threat Detection System (TDS) adlı kompleksi uğurla tətbiq edib.
Bankın yaydığı məlumatda bildirilir ki, Group-IB-nin təqdim etdiyi bu proqram-aparat kompleksini Kapital Bank öz rəqəmsal sərhədlərini mürəkkəb təhlükələrdən, eləcə də əvvəllər bilinməyən zərərli proqram təminatı vasitəsilə edilən hədəfli hücumlardan qorumaq üçün istifadə etməyi planlaşdırır.
“Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə müəssisəsi olaraq 3 milyondan artıq fiziki və 22 mindən çox hüquqi şəxsə bank xidmətləri göstərir. Belə böyük müştəri auditoriyasına yüksək səviyyədə xidmət göstərmək və onların vəsaitlərinin hərtərəfli təhlükəsizliyini təmin etmək üçün Banka aktual kibertəhlükələrdən müdafiə vasitələri də lazımdır. Əminəm ki, Group-IB ilə əməkdaşlığımız qarşıya qoyulan bütün məqsədlərə nail olmağa imkan verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.
"Rusiyadan test poliqonu kimi istifadə edib, rusdilli və maliyyə cəhətdən motivasiyalı APT-lər yaxın ölkələrə hücum edərək, coğrafi ekspansiyanı davam etdirir. Hazırda Azərbaycan Rusiya bazarında artıq bir neçə ildir ki, mübarizə apardığımız bu mürəkkəb təhlükələrlə üzləşir. Təhlükələrin təbiətini dərindən anlayan Kapital Bank seçimini Anti-APT həllinin üzərində saxlamaqla sübut edir ki, Bank qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir və riskləri minimuma endirmək üçün naməlum alətləri və hücum verktorlarını aşkarlamağa çalışır", - deyə, Group-IB-nin Kommersiya Direktoru İqor Smirnov qeyd edib.
Qeyd edək ki, Group-IB — kiberhücumların aşkarlanması və qarşısının alınması, şəbəkədə dələduzluğun aşkar edilməsi və intellektual mülkiyyətin qorunması itsiqamətlərində fəaliyyət göstərən və baş qərargahı Sinqapurda yerləşən aparıcı şirkətlərdən biridir. Gartner, Forrester və IDC rəylərinə görə Group-IB Threat Hunting Intelligence kibertəhlükələr haqqında məlumat toplama sistemi dünyanın ən yaxşılarından biri hesab olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























