“Fitch Ratings” Expressbank-ın stabilliyini bir daha təsdiqləyib
Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir“FitchRatings” beynəlxalq reytinq agentliyi ölkənin ilk kommersiya banklarından biri olan Expressbank-ın kredit reytinqini "B” səviyyəli “stabil” proqnozu ilə yenidən təsdiqləmişdir.
Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
Son bir neçə il ərzində bankın göstəricilərinin stabil qiymətləndirilməsi, bazarda bankın sağlam mövqeyi və maliyyə dayanıqlığının göstəricisidir.
Bankın yüksək kapitalı və likvidlik göstəricilərinin, bütün dünyada koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranan risklərin qarşılanmasına imkan verdiyi haqqında Fİtch ratings agentliyinin hesabatında bildirilmişdir.
Xarici valyutada verilmiş kreditlərin 31 mart 2020-ci il tarixinə ümumi portfelin cəmi 9%-ni təşkil etdiyi də müsbət məqamlardan biri olaraq qeyd edilmişdir. Bu göstəricinin sektor üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağı olduğu bildirilmişdir.
Bankın kapital dayanıqlığı reytinqin müəyyən olunmasına güclü təsir göstərmişdir. Belə ki, bankın əsas kapitalı "Fitch Ratings" agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 45% təşkil etmişdir.
Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir:
Long-Term IDR: affirmed at 'B', Outlook Stable
Short-Term IDR: affirmed at 'B'
“Fitch Ratings” agentliyinin bu proqnozu, “Expressbank” ASC-nin aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























