"Kredit verərkən qızıl balansı saxlamağa çalışırıq"
Rabitəbankın biznes bankçılığı departamentinin direktoru Hüseyn Bağırlının müsahibəsi:- Banklar maliyyə savadlılığının artırılması istiqamətində hansı işləri görməlidir?
- Ümumiyyətlə maliyyə savadlılığından danışarkən qazancın idarə edilməsi, hesablanan qazanca uyğun olaraq əvvəlcədən müəyyən edilmiş xərclərin çəkilməsi və buna uyğun qənaətlərin edilməsi , doğru zamanda və yerində investisiyaların dəyərləndirilməsi nəzərdə tutulur. Biz hər zaman müştərilərimizə bu yolda onların bilik və bacarıqlarına töhvə verməyə, doğru yolu göstərməyə çalışırıq. Rabitəbank olaraq hər zaman regionlarda dövlət və qeyri-dövlət təşkilatlarıyla birlikdə sahibkarların maarifləndirilməsi üçün görüşlər keçiririk. Düşünürəm ki, maliyyə savadlılığı fiziki və əqli ehtiyaclarla yanaşı, əlavə bir ehtiyac növüdür. Nəinki fərdi sahibkar və hüquqi şəxslər, hər kəs bunu öyrənməli və ona riayət etməlidirlər.
- Sahibkarlar sizin həyata keçirdiyiniz maarifləndirici aksiyaları necə qarşılayır?
- Biz bank olaraq qadın sahibkarların maarifləndirilməsinə xüsusi fikir veririk. Bilirsiniz ki, dövlət başçısının da bununla bağlı bank sektoruna göstərişi var. Biz də qadın sahibkarların maliyyə mexanizmlərinə əlçatanlılığını təmin etmək üçün tez-tez regionlarda tədbirlər keçiririk. Regionlarda qadın sahibkarlar üçün tədbir keçiririk, ancaq tədbirlərdə onların həyat yoldaşları gəlib iştirak edir. Bu mənada bir qədər passivlik müşahidə edirik. Qadınlarımızın cəmiyyətə yetəri qədər açıla bilmədiyini görürük. Bununla yanaşı, biznes subyektlərini işlədən əks cinsin nümayəndələrinin aktivliyi isə çox fəal olur. Onlar öz tələblərini rahat dilə gətirə bilirlər. Bəzən bankların hansısa meyarlara görə onlara kredit verməməsini başa düşə bilmirlər. Ancaq yenə də tədbirlərdə iştirak edib tələblərini bizə rahatlıqla çatdıra bilirlər. Bunu qadın sahibkarlarımızdan da görmək istəyirik.
- Bankın biznes kreditləriylə bağlı siyasəti barədə nə deyə bilərsiniz?
- Rabitəbank yarandığı gündən etibarən hər zaman biznes kreditlərinin verilməsinə önəm verir. Düşünürəm ki, rəqib banklar da fərqindədir ki, Rabitəbank biznes kreditlərində bazar payında xüsusi yerə malikdir. Biz həmişə bu siyasətimizi davam etdiririk. Ölkə başçısı da çıxışında banklara biznes kreditlərinin verilməsini daha da artırmağı tövsiyə edib. Biz də təbii ki öhdəmizə düşəni anlayır, biznes müştərilərində satışı stimullaşdırmaq üçün durmadan bazara yeni məhsullar çıxarırıq. Biznes müştərilərimizə 200 min manata qədər girovsuz kredit təklif edirik. Bu təklifimizlə girov yetməzliyi və ya girovu olmayan müştərilər üçün bazarda canlanma yaratmağa çalışırıq. Fərqindəyik ki, kreditlərlə yanaşı, sərfəli qeyri-kredit məhsullarının da təklif edilməsi biznes subyektləri üçün çox vacibdir. Biz də bununla bağlı həm fərdi sahibkarlara, həm də hüquqi şəxslərə xüsusi endirimlər verərək onları bankımıza cəlb etməyə çalışırıq. Bir neçə yeni stimullaşdırıcı təkliflərimiz pandemiya dövrünə təsadüf etsə də, artıq bu addımların töhvələrini görürük. Müştərilərin təkliflərimizə isti münasibət göstərməsi onu deməyə əsas verir ki, biz doğru yoldayıq.
- Girov məsələsinin kredit limitinin təyin olunmasında rolu nədən ibarətdir?
- Sahibkarlarla görüşlərdə, biznes sahibləri girov məsələsinin onlar üçün kreditləşmə prosesində əsas problem olduğunu vurğulayırdılar. Amma unutmaq lazım deyil ki, kreditin verilməsində girov başlıca məsələ deyil. Banklar kredit verərkən ilk növbədə, biznes subyektinin maliyyə yetərliliyinə diqqət edirlər. Sonra kredit verilən sektora, onun təyinatına, qeyri- maliyyə göstəricilərinə, ən sonda isə girov məsələsinə diqqət edirlər. Mərkəzi Bankın təlimatına əsasən banklar kreditləşmə zamanı məcmu kapitalın 10 faizi həcmində girovsuz, 25 faizi həcmində isə girovlu kredit verə bilirlər. Bunu əsas alaraq müəyyən məbləğlərin üzərindəki iri həcmli kreditlərin verilməsində sahibkar banka müraciət edən zaman nəzərə almalıdır ki, bankın girov tələbi tənzimləyici orqanın tələbindən irəli gəlməkdədir. Girov tələb edən müəyyən məbləğin altındakı kredit müraciətlərində isə banklar müraciət edənin maliyyə göstəricilərinə və həmin firmanın çalışdığı sektorun ümumi göstəricilərinə nəzər yetirirlər. Bu sahədə bir risk varmı və ya gələcəkdə gözlənilirmi? Müştərinin etdiyi investisiya nə qədər düzgün hesablanmış və gələcək risklər nəzərə alınmışdırmı? Firmanın maliyyə göstəriciləri ilə yanaşı bu sadaladığımız göstəricilər də qane edən səviyyədə olduqda banklar hətta kredit məbləğinin altında vəya girov tələb etmədən maliyyələşməni həyata keçirirlər.
- Biznes kreditlərinin bankın kredit portfelində çəkisi nə qədərdir?
- Biznes kreditlərinin həcmi hazırda 60 faizə qədərdir. 40 faiz isə istehlak kreditləridir. Bankımızda biznes kreditləri daha böyük kütlə təşkil edir.
- Riskli biznes kreditləriniz varmı?
- Risk ölçülə bilən olmalıdır. Hər kredit verilərkən risk daşıyır.
Ancaq burada əsas məqam riskin hansı səviyyədə olmasıdır. Bəzi banklar digərlərinə nəzərən daha yüksək riskli kreditlər verə bilir ki, bu da həmin bankın risk iştahına bağlıdır. Rabitəbank olaraq biz kredit verərkən qızıl balansı saxlamağa çalışırıq. Unutmuruq ki, bizə güvənərək öz əmanətlərini yatıran müştərilərimizin əmanətlərini doğru biznesə yatırmaq ən azı kredit vermək qədər vacibdir. Bu bizim üçün çox önəmli meyardır.
- Bank olaraq, biznes kreditlərinin təşviqi istiqamətində daha hansı addımlar atmağı planlayırsınız?
- Rabitəbank olaraq standart kredit məhsulları ilə yanaşı törəmə maliyyə məhsullarını yaratmağa, bunu müştərilərimizə təklif etməyə və satışını genişləndirməyə çalışırıq. Bunun başında hal hazırda bank sektorunda geniş yayılan faktorinq məhsulu durmaqdadır. Çalışırıq ki, müştərilərimizi bu növ törəmə maliyyə alətlərindən yararlandıra bilək.
Bunlara əlavə olaraq hal-hazırki çətin periodda, pandemiya dövründə ölkəmiz üçün vacib olan qida, səhiyyə kimi sektorlara xüsusi diqqət edirik. Bu sektorlardan gələn maliyyələşmə tələblərini daha sürətli cavablamağa çalışırıq. Çünki bu sektorlara dəstək ölkə üçün bu günlərdə ən prioritet məsələdir.
®️“Qafqazinfo”
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
2 saat əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
2 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
Ən çox oxunanlar
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb





















