Expressbank-dan uğur hekayəsi - Aztəminatlı ailədən Biznes sahibliyinə aparan yol!
(®️) Prezident İlham Əliyevin əhalinin özünüməşğulluğunu təmin etməyə dair imzaladığı sərəncama əsasən bu günədək on minlərlə aztəminatlı ailə aktiv əməyə cəlb olunmuş, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına yol açılmışdır. Amma xalqımızın sosial rifahının artırılması məsuliyyəti tək dövlətin deyil, hər birimizin üzərinə düşür.
Məhz buna görə də Expressbank ölkə başçısının həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) özünüməşğulluğunun təşkili layihəsinə qoşulmaqla daha bir neçə ailəni arzusuna qovuşdurub.
Belə ki, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə Expressbank-ın birgə layihəsi çərçivəsində bu günlərdə Expressbank-ın Baş ofisində keçən görüşdə daha bir neçə şəxs aztəminatlı ailə kateqoriyasından yeni biznes sahiblərinə çevrildilər. Expressbank bu şəxsləri nəinki arzuladıqları biznesi yaratmaq məqsədi ilə bütün avadanlıqlarla təmin etməyi, həm də onlara müvafiq bizneslərdə uğur qazanmaları üçün çoxillik təcrübəsini paylaşmaqla dəstək olmağı öz öhdəliyinə götürüb.
Bu gün bu insanların sevincini təsvir etmək, əlbəttə ki, çətin deyildir! Bütün bu tədbirlər əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyənlərin çoxalmasına xidmət edəcəkdir.
Qeyd edək ki, bundan öncə Expressbank yerli istehsala dəstək və ailə biznesinin inkişafı məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nəzdində fəaliyyət göstərən ABAD (Ailə Biznesinə Asan Dəstək) ilə birlikdə müxtəlif ailələrə istehsal məhsullarının daha geniş təbliğatı üçün dəstək göstərmişdir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkəərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 15 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
Ən çox oxunanlar
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi























