“Dövlətin bu bankları xilas etmək vəzifəsi yoxdur”
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AtaBank, Amrahbank, Azəriqazbank və NBC bankın xilas olunması barədə səsləndirilən fikirlərə münasibət bildirib.
Marja xəbər verir ki, Elman Rüstəmov, “Dövlətin bu bankları xilas etmək vəzifəsi yoxdur” deyib.
Onun sözlərinə görə, dövlət hamı üçün böyümək, qazanmaq və kapitallaşmaq şəraiti yaratmışdı. Bankların müflis olması onların sahiblərinin öz günahlarıdır.
“Azəriqazbank daha çox real sektor ilə işləyən bankıdır. Ənənələri olan bankdır. Bu banklar 20-25 ildən çoxdur maliyyə bazarında olan banklardır. Biz hərdən eşidirik ki, guya Mərkəzi Bank, dövlət tərəfindən bu banklara qeyri-obyektiv münasibət var. Yox. 25 il ərzində bu bankların inkişafı üçün hər şərait yaradılıb. Bu dövrdə Azərbaycan iqtisadiyyatı 3 dəfə böyüyüb. Bank sistemi iqtisadiyyatdan dəfələrlə çox böyüyən sistemdir. Hamı üçün şərait yaradılmışdı ki, işləsinlər, böyüsünlər, qazansınlar, kapitallaşsınlar. Bir sıra banklar bundan istifadə etmişlər, çox böyüyüblər, yaxşı kapitalları var, ayaq üstə möhkəm dayanıblar. İstifadə edə bilməyənlər kimlərisə günahlandırırlar, birincisi o bankların sahibləri, menecmenti özlərindən başlamalıdırlar. Onların tam öz günahlarıdır. Dövlət bunlara ancaq şərait yaradıb -makroiqtisadi mühit, ümumi inkişaf, verilən güzəştlər baxımından…
Bu gün Azəriqazbank-ın normal fəaliyyəti üçün 195 milyon manat kapital tələb olunur. Doğrusu bəzi ekspertlər danışanda mən təəccüblənirəm. Onlar peşəkardırlar, bank qanunvericiliyini bilməlidirlər. Amma deyəndə ki, “burada fərqli situasiyadır, fərqli yanaşa ola bilər”. Bu yanaşma nədən ibarə ola bilər? Dövlət bu bankları xilas etməlidir?! Dövlətin bu bankları xilas etmək vəzifəsi yoxdur. Əmanətlərin Sığortalanmsı Fondu bankların kollektiv məsuliyyətidir, kollektiv sığortasıdır. Deməli qalan 26 bank bu bankların əmanətçilərinin pullarını verməlidirlər. Bu yük tam şəkildə onların həmkarlarının üzərinə düşür. Bu banklar sistem xarakterli banklar deyillər, sistem üçün böyük əhəmiyyətli deyillər. Bu bankların ayrı-ayrılıqda bazar payları heç 1% deyil, bütövlükdə bu 4 bankın bazar payı 3%-dir”,- Elman Rüstəmov deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 37 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

























