Nə üçün əhali yüksək gəlir gətirən dövlət istiqrazlarını almır?
"Dövlət istiqrazları, hazırda bazarda manatla olan alətlər arasında ən cəlbedici alətdir"
Bakı Fond Birjasının (BFB) Ticarət və Üzvlük Qrupunun rəhbəri Rəxşəndə Əlilinin “Marja”ya müsahibəsi
-Son bir ildə dövlət istiqrazları və Mərkəzi Bankın notları birjada canlanma yaradıb. İndiyədək nə qədər dövlət istiqrazları yerləşdirilib və yerləşdirilməsi gözlənilir?
-Bu il ərzində artıq 262 milyon AZN həcmində Not, 114 milyon AZN həcmində isə dövlət istiqrazları yerləşdirilmişdir. Xüsusilə, Maliyyə Nazirliyi üçün yerləşdirmə həcmləri ötən illərə nisbətən xeyli artmışdır ki, bu da canlanma olmasını deməyə əsas verir. Bu il ərzində Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən 2017-ci ilin sonunadək yerləşdirilməsi nəzərdə tutulan 760 milyon manat not və 700 milyon manat dövlət istiqrazları üzrə emissiya prospektləri qeydiyyatdan keçmişdir.
-Bu gün Azərbaycanda dövlət istiqrazları yüksək faizi ilə önə çıxır, hətta bank depozitlərindən yüksək gəlirlilik təmin edir. Lakin digər ölkələrin təcrübəsi göstərir ki, dövlətin yüksək faizli gəlirlilik ilə borc kağızları emissiya etməsi kapital bazarında digər alətlərin yaranmasını məhdudlaşdırır. Sizcə Azərbaycanda dövlət istiqrazlarının yüksək gəlirliliyi digər alətlərin yaranmasını əngəlləyir?
-Dövlət istiqrazları üzrə formalaşan gəlirliliklər əsasən hərraclar zamanı bazardakı tələb və təklifə əsaslanır. Sözsüz ki, digər vacib makro-iqtisadi faktorlar da tələb və təklifin şərtlərində öz əksini tapır. Bu baxımdan, dövlət istiqrazları üzrə formalaşan gəlirliklər bazardakı digər alətlər üçün də faiz istinad rolunu oynayır. Suala gəldikdə isə, mən düşünürəm ki, cari vəziyyətdə kapital bazarlarında korporativ emitentlər vasitəsilə üçün yeni borc alətlərin yaranması imkanı mövcuddur. Belə ki, hazırda banklarda kredit faiz dərəcələri təbii olaraq, dövlət istiqrazları üzrə formalaşan gəlirlilikdən xeyli çoxdur. Belə olan halda, vəsait cəlb etmək istəyən hər hansı şirkət dövlət istiqrazları gəlirliyindən yuxarı, bank kredit faizindən isə aşağı faiz dərəcəsi ilə istiqraz emissiya edə bilər. Son nəticədə bu imkan, investorlara yeni və daha yuxarı faizli bir borc alətinə investisiya imkanı, borc cəlb etmək istəyən emitentlərə isə daha sərfəli şərtlərlə vəsait cəlb etməyə imkanı yaradacaqdır. Bu baxımdan, biz hazırkı vəziyyəti kapital bazarları üçün bir əngəl deyil, imkan kimi dəyərləndiririk.
-Bizdə olan məlumata görə, dövlət istiqrazlarının alıcıları banklar və sığorta şirkətləridir. Nə üçün əhali və digər investorları hələ də birjaya geniş cəlb etmək mümkün deyil?
-Ümumiyyətlə dövlət istiqrazları bazarında əsasən maliyyə sektorunun üstünlük təşkil etməsi son illərdə yaranmış bir tendensiya deyildir. Bu əsasən maliyyə sektorunun qiymətli kağızlar bazarına və alətlərinə daha yaxşı bələd olmaları ilə bağlıdır. Yəni əslində fiziki investorların qiymətli kağızlar bazarına, o cümlədən dövlət istiqrazları bazarına çıxışını əngəlləyəcək heç bir ciddi səbəb yoxdur. Lakin, fiziki şəxslərin hazırkı qeyri-aktivliyinin səbəbi kimi onların kapital bazarları alətləri haqqında yetəri qədər məlumata və investisiya vərdişlərinə sahib olmamalarını göstərmək olar.
- Bu gün bank əmanətçisi olan bir vətəndaş, öz pulunu dövlət istiqrazına maneəsiz yatıra bilər? Əgər mümkündürsə, o nə etməlidir?
-Əlbəttə, investorlar, istər fiziki və ya hüquqi şəxslər, Bakı Fond Birjasının üzvlüyə qəbul etdiyi investisiya şirkətlərinin xidmətlərindən istifadə edərək dövlət istiqrazlarına heç bir maneəsiz investisiya yatıra bilərlər. Bunun üçün onlar bizim veb-səhifəmizdə adlarını və əlaqə vasitələrini açıqladığımız birja üzvləri ilə əlaqə saxlayıb onlara yaxınlaşmalıdırlar. İnvestisiya şirkətləri investora istədikləri alətə investisiya ilə bağlı ilkin məsləhət mərhələsindən başlayaraq əməliyyatın icrasından sonrakı mərhələlərə qədər xidmət göstərən şirkətlərdir.
-Bu il keçirilən hərraclar göstərir ki, tələb təklifi üstələyir. Bu əsasən nə ilə bağlıdır?
-Dövlət istiqrazları üzrə 2017-ci ildə aparılan hərracların əksəriyyətində tələb təklifi üstələmişdir. Hətta tələbin təklifi 4 dəfədən çox üstələdiyi hərraclar da olmuşdur. Adətən isə, toplanan sifarişlər hərrac həcmindən 2-3 dəfə çox olur. Bunun əsas səbəbi dövlət istiqrazlarının hazırda bazarda manatla olan alətlər arasında ən cəlbedici alət olmasıdır. İzafi manat vəsaiti olan qurumlar porfelinə ilk növbədə dövlət istiqrazları almağı daha üstün tuturlar. Sözsüz ki, burada dövlət istiqrazları üzrə yuxarı faiz dərəcələri ilə yanaşı, təkrar bazarın mövcudluğu, asan hesablaşma metodu da öz rolunu oynayır.
-Yəqin Siz də təsdiq edərsiniz, dövlət istiqrazları üzrə gəlirliliyin yüksək olmasının bir səbəbi tələbin yüksək olmasıdırsa, digər bir səbəbi Manatın Dollar qarşısında ucuzlşaması olmuşdur. Yenidən Manatın Dollar qarşısında dəyər qazanması fonunda dövlət istiqrazları üzrə gəlirliliyin necə dəyişəcəyini proqnozlaşdırırsınız?
-Əvvəldə də qeyd etdiyim kimi, iqtisadi vəziyyətin göstəriciləri istiqrazlara olan tələbdə öz əksini tapır. Sözsüz ki, manatın ucuzlaşması da bir iqtisadi faktor kimi dövlət istiqrazlarının gəlirliyinə təsir etmişdir. Ölkənin monetar siyasətindəki dəyişikliklər əsasən uçot dərəcəsindəki dəyişikliklər vasitəsilə dövlət istiqrazlarının gəlirliyə təsir edir. Gəlirliliklərin formalaşmasında uçot dərəcəsinin təsirini açıq-aydın görmək olar. Yəni bu o deməkdir ki, əgər Mərkəzi Bank milli valyutanın məzənnəsinin dəyişlikliyindən irəli gələn nəticələrin qarşısını almaq məqsədilə uçot dərəcəsinə düzəliş edəcəksə, bu əlbəttə dövlət qiymətli kağızlar bazarına və gəlirlilik səviyyəsinə təsir edəcəkdir.
-Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)










.jpg)
