Muğanbank kreditləri artırıb
Muğanbank ASC 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Muğanbankın cəmi əməliyyat gəlirləri 11 milyon 806 min manat, cəmi xərcləri 12 milyon 426 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 620 min manat əməliyyat zərəri yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 680 min manat ayrıldığı üçün zərər 1 milyon 300 min manata yüksəlib.
Xatırladaq ki, 2019-cu ilin yanvar-mart dövründə Muğanbank-ın cəmi gəlirləri 14 milyon 262 min manat, cəmi xərcləri isə 12 milyon 927 min manat təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 335 min manat əməliyyat mənfəəti yaranmışdı. Muğanbank ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına 14 milyon 601 min manat ayırdığından ilk rübü 13 milyon 264 min manat xalis zərər ilə bağlamışdı.
Qısası, 2019-cu ilin ilk rübü ilə müqayisədə Muğanbank-ın ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına ayırması 21 dəfədən çox, xalis zərəri isə 10 dəfə azalıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2020-ci il tarixində Muğanbank 605 milyon 734 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 378 milyon 227 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda Muğanbank 660 milyon 836 min manat cəmi aktivlərə malik idi, aktivlərin 366 milyon 66 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Göründüyü kimi, ilk rübdə Muğanbank-ın kredit portfeli 12 milyon 161 min manat və ya 3,3% artıb.
31 Mart 2019-cu il tarixində Muğanbank-ın cəmi aktivləri 524 milyon 83 min manat təşkil etmişdi.
31 Mart 2020-ci il tarixində Muğanbank 80 milyon 400 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 53 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























