Azərbaycana nüvə reaktoru və onun hissələri gətirilir - 1 AYDA 100 MİLYON DOLLARLIQ İDXAL
2020-ci ilin Yanvar ayında Azərbaycana “Nüvə reaktorları, qazanlar, avadanlıq, qurğular və onların hissələri” idxal edilib.
“Marja”nın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu idxala 97 milyon 446 min dollar ödənilib.
2019-cu ildə Azərbaycana 152 milyon 762 min dollar məbləğində “Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri” idxal edilmişdi.
Azərbaycanda Qobuda Tədqiqat nüvə reaktorunun inşası planlaşdırılır. Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılmasında məqsədlərdən biri də tədqiqat nüvə reaktorunun tikilərək istifadəyə verilməsidir.
Milli Nüvə Tədqiqatları Mərkəzi "Rosatom” ilə əməkdaşlığa da başlayıb.
25.02.2020
GÖMRÜK KOMİTƏSİNDƏN ŞƏRH
Dövlət Gömrük Komitəsi (DGK), “Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri” mal qrupu üzrə Azərbaycana 2019-cu ildə 152 milyon 762 min dollar məbləğində, 2020-ci ilin yanvar ayında isə 97 milyon 446 min dollar məbləğində idxala aydınlıq gətirib.
Marja-nın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal və ixrac olunan malların gömrük rəsmiləşdirilməsi zamanı kodlaşdırılması “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarımn dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) əsasında aparılır. Həmin nomenklaturada mallar mal qrupları (XİF MN-nin 2 rəqəmli kodu səviyyəsində), mal mövqeləri (XİF MN-nin 4 rəqəmli kodu), mal yarımmövqeləri (XİF MN-nin 6 rəqəmli kodu) və alt yarımmövqeləri (XİF MN-nin 10 rəqəmli kodu) səviyyəsində təsnif olunur.
“XİF MN-nin 84-cü mal qrupu “Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri” adlanır və 85 ədəd mal mövqeyini, minə yaxın mal alt yarımmövqeyini əhatə edir. Ölkəyə idxal olunan avadanlıq və mexaniki qurğuların böyük hissəsi 84-cü mal qrupu altında kodlaşdırılır.
Həmin qrupun yalnız 8401 mal mövqeyi üzrə (“Nüvə reaktorları; nüvə reaktorları üçün şüalanmamış istilikayırıcı elementlər (tvellər); izotopların ayrılması üçün avadanlıq və qurğular”) nüvə rektorlarına aid olan mallar kodlaşdırılır: 840110 0000 - nüvə reaktorları, 840140 0000 - nüvə reaktorlarının hissələri.
Məlumat üçün bildiririk ki, 2019-cu ildə və 01.01.2020-24.02.2020-ci il dövrü ərzində Azərbaycan Respublikasına 840110 0000 və 840140 0000 mal alt yarımmövqeləri üzrə mal idxal olunmamışdır”.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 12 saat sonra
-
-
3 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
5 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
























