Qlobal bank neft qiyməti proqnozlarını 10 dollar aşağı saldı
Qlobal investisiya bankı "Goldman Sachs" Brent və WTI neft qiyməti proqnozlarını aşağı salıb.
"Marja" xəbər verir ki, Bank, Çində ortaya çıxan və bugünədək 1700-dən çox adamın ölümünə səbəb olan koronavirusun neft tələbinə mənfi təsiri ilə əlaqədar olaraq Brent nefti və WTI nefti üçün ilk rüb qiymət proqnozlarını 10 dollar aşağı salıb.
Bank, neft tələbində gündəlik azalmanın 4 milyon barel ola biləcəyini düşünür.
Bank ilk rüb üçün Brent nefti qiyməti proqnozunu 10 dollar azaldaraq 53 dollara endirib. Sonrakı rüblər üçün qiymət proqnozları 57, 60 və 65 dollardır.
WTI neft qiymət proqnozu ilk rüb üçün 48.50 dollara endirilib, sonrakı rüblər üçün təxminlər 52.50, 55.50 və 60.50 dollardır.
Bankın hesabatında, Çində və qlobal neft tələbində əhəmiyyətli bir tələb azalması baş verdiyi və vəziyyətin qeyri-müəyyən olduğu qeyd edilib. OPEC + ölkələrinin neft istehsalını azaldıb azaltmayacağına dair də yüksək qeyri-müəyyənlik olduğu da vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
5 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 23 d. əvvəl
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb































