Dollar yenidən 1.90 manata qalxa bilər?
Son aylar dollar manata nisbətində dəyər itirir. Banklararası hərracda bu gün dolların orta çəkili məzənnəsi 1.60 səviyyəsində müəyyən edilib. İndi vətəndaşları maraqlandıran əsas məsələ manatın dollar qarşısında daha nə qədər möhkəmlənəcəyi, dolların məzənnəsinin bundan aşağı düşməsi və ya ani bir dollar artımının ola biləcəyi ilə bağlıdır.
ONLAYN AVİABİLET AL – WWW.SAFAR.AZ
Hazırkı durumu və növbəti aylarda manatla bağlı gözləntiləri şərh edən iqtisadçı ekspert Vüqar Bayramov dolların məzənnəsinin dəyişməsinin həm manat kütləsinin azalması, həm də büdcə xərcləmələri ilə bağlı olduğunu deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank depozit hərraclarını davam etdirəcəksə, dollara tələb azalacaq: “Ölkədə dollarlaşma prosesi çox sürətlə getdi, vətəndaşlar ehtiyatlarının böyük bir hissəsini dollara çevirdilər. Nəticədə vəsaiti dollar, xərcləmələri manat olan həmin şəxslər bu gün manat qıtlığı yaşayır. Dollarlaşmanın yüksək səviyyədə olması, hərraclarda dollara tələbi azaldıb. Həmçinin vətəndaşların da manatla edilən xərclərinin və ödənişlərinin dollara tələbi azaltdığı müşahidə edilir.
Dolların məzənnəsinin aşağı düşməsinin ikinci bir səbəbi büdcə xərcləmələri ilə bağlıdır. Büdcənin investisiya xərcləmələrində hələ ki, ciddi bir artım yoxdur. Bu xərclər artsa, dollara tələb də çoxalacaq. Çünki investisiya, infrasturuktur xərclərinin əhəmiyyətli hissəsi idxal məhsullarının almasına yönəlir ki, bu da dollara tələbi artırır. Bu xərclərin optimallaşdırılması dollara olan tələbə təsir göstərib. Yəni bu, dövriyyəyə büdcə vasitəsilə daxil olan manatın həcminə təsir göstərməklə dollara tələbi optimallaşdıra bilir. Bundan başqa əvvəlki illərdə Beynəlxalq bankın hərraclarda iştirakı dollara böyük tələb yaradırdı. İndi Beynəlxalq Bank hərraclarda iştirak etmədiyi üçün bu tələb də aşağı enib. Çünki hərraclardakı tələb də dolların kursuna təsir edir”.
Ekspert bildirib ki, bu prosesin hansı müddətə davam edəcəyini, dolların hansı səviyyəyə düşəcəyi sadalanan proseslərdən asılıdır: “Beynəlxalq bank yenidən hərraclarda iştirak edərsə, dolların məzənnəsi arta bilər. Çünki aparıcı bankarın təsir imkanları yüksək olduğundan bu, dolların məzənnəsinə təsir göstərə bilir. Belə görünür ki, Mərkəzi Bank mövcud siyasətini davam etdirməyə və bununla da manatın qiymətini optimallaşdırmağa çalışır. Xüsusən, manat bazasındakı dəyişiklikləri, büdcə xərclərini nəzərə almadan manatın məzənnəsini proqnozlaşdırmaq mümkün deyil. Lakin bunların necə dəyişəcəyi Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən verilən qərarlardan asılıdır. Görünən odur ki, Mərkəzi Bank iyun ayınadək manatın bazar dəyərini müəyyənləşdirməyə çalışacaq. İyun ayından etibarən manat dollara nisbətən məzənnəsini daha stabil hala gətirə bilər. Lakin Mərkəzi Bankın buna nail olub-olmayacağını demək çətindir. Çünki bu, yalnız yerli iqtisadi faktorlar deyil, neftin dünya bazarındakı qiyməti, digər xarici faktorlardan asılıdır. Bütün hallarda reallıq valyuta bazarında dollara tələbin aşağı olduğunu göstərir”.
Yenidən dolların məzənnəsinin 1.90 səviyyəsinə yüksəlməsinin mümkünlüyünə gəldikdə, iqtisadçı eskpert bunu proqnozlaşdırmağın çətin olduğunu dedi:
“Bu manat bazasının dəyişməsindən asılıdır. Belə bir proqnozu vermək üçün iqtisadi dəyişənlər - manat bazası, büdcə xərclər bağlı məlumatların əldə edilməsinə ehtiyac var. Lakin bunlar inzibati tənzimləmələr olduğuna görə proqnozlaşdırmaq da mümkün deyil. Mərkəzi bank manat hərraclarını davam etdirsə, dolların qiyməti enməkdə davam edəcək. Lakin hərracı dayandırıb, mərkəzləşmiş kredit ayırsa, o zaman azalma dayana bilər. Ona görə bu məsələdə manat dövriyyəsi son dərəcə önəmlidir. Manat dövriyyəsinin necə artacağı ilə bağlı proqnoz olmadığına görə, indiki məqamda iqtisadi baxımdan bunu proqnozlaşdırmaq mümkün deyil. Lakin gözlənilən odur ki, Mərkəzi Bank növbəti dövrlərdə kəskin dəyişmələrin qarşısını almağa çalışacaq”.
© Publika.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 15 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 21 d. əvvəl
-
24 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 27 d. əvvəl
- 32 d. əvvəl
-
38 d. əvvəl
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
-
47 d. əvvəl
Azərbaycan daha çox qaz ixrac edib, amma 489 milyon dollar az qazanıb
-
51 d. əvvəl
Azərbaycanın əsas ixrac sektorunda geriləmə: neft-qaz gəlirləri 7,9% azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
Ən çox oxunanlar
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
SpaceX Amazon-dan sonra Microsoft-u da geridə qoydu
SpaceX süni intellekt şirkəti Anysphere-i satın alır - 60 MİLYARD DOLLARLIQ QİYMƏTLƏNDİRMƏ
“Ookla”: Azərbaycanda internet daha da sürətlənib: sabit şəbəkədə 16%, mobil şəbəkədə 31% artım
Azərbaycanın ixracında qızıl effekti: 3,7 milyard dollarlıq qızıl ixracı Azərbaycanın ixrac xəritəsini dəyişib
Neftin qiyməti martdan bəri ilk dəfə 80 dollardan aşağı düşdü: bazarlar Hörmüz boğazının tam açılacağına ümid edir






















