2019-cu il “Amrahbank”ın inkişaf tarixində bir sıra hadisələrlə yadda qaldı
® 2019-cu il “Amrahbank”ın inkişaf tarixində bir sıra hadisələrlə yadda qaldı.
Belə ki, texnologiyaların tətbiqinə böyük önəm verən Amrahbank, Bank əməliyyatlarının effektivliyini artırmaq məqsədilə , beynəlxalq praktikada geniş istifadə olunan, bank əməliyyatlarını daha da sadələşdirən, müştərilərə daha sürətli xidmət göstərilməsinə və innovativ layihələrin tətbiqinə şərait yaradan yeni proqram təminatına keçdi.
2019-cu ildə “Amrahbank”ın inkişaf tarixində qeyd edilən mühüm hadisələrdən biri də, təməli 04.09.2013-cü il tarixində qoyulan, Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşən yeni inzibati binanın istifadəyə verilməsi oldu. 14 min kvadrat metr sahəni əhatə edən, xüsusi zövqlə hazırlanmış 11 mərtəbəli yeni bina, möhtəşəm xarici görünüşə malik olmaqla yanaşı, müasir interyeri, yüksək texniki təhcizatı ilə də fərqlənir .
2019-cu ildə “Amrahbank”ın inkişaf tarixində qeyd edilən mühüm hadisələrdən biri də “Amrahvabnk”ın Moskva birjasına üzv seçilməsi oldu. Bu üzvlük Banka həm qiymətli kağızlar, həm də xarici valyutalar üzrə bir çox əməliyyatların aparılması üçün yeni imkanlar yaratmaqla yanaşı, əlverişli şərtlər və qiymətlərlə əməliyyatların aparılmasını, həmçinin beynəlxalq valyuta və fond bazarlarına çıxışı da təmin etdi.
2019-cu ilin 4-cü rübünün nəticələrinə görə “Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, 2019-cu ilin 4-cü rübünün sonuna faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 611 min manat və ya 30 faiz artaraq 11 milyon 313 min manat təşkil etmişdir.
31 dekabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər 174 milyon 734 min manat, kredit portfeli isə 114 milyon230 min manat təşkil etmişdir.
Amrahbank ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda baş ofisi də daxil olmaqla 23 filialı fəaliyyət göstərir, bunlardan 17-i Bakı şəhərində, 5-ı isə ölkənin regionlarında yerləşir.
Amrahbank: Sizə açıq və aydın bank!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
20 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
23 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 25 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ






















