Hindistan hökuməti aviaşirkətini satışa çıxardı
Hindistan hökuməti dövlətə məxsus olan və ümumi borc öhdəlikləri 8,45 milyard dollar olaraq qiymətləndirilən “Air India” milli aviaşirkətinin bütün səhmlərinin satışa çıxarıldığını təsdiqləyib.
Bu barədə Hindistan hökumətinin İnvestisiya və Dövlət Aktivlərinin İdarə Edilməsi Departamenti tərəfindən dərc edilmiş sənəddə deyilir.
“Hindistan hökuməti idarəetmə nəzarətini və səhm kapitalının dövlətə məxsus olan 100%-ni satmaqla “Air India” şirkətinə investisiya qoyuluşunun strateji dayandırılmasına prinsipial razılıq verib. Bu səhm kapitalına “Air India” şirkətinin AIXL-dəki (Air India Express Limited) 100% payı və AISATS-dəki (Air India SATS Airport Services Private Limited) 50% payı daxildir”, - sənəddə deyilir.
Daha əvvəl, 2018-ci ildə Hindistan hökuməti aviaşirkətin səhmlərinin 76%-ni sata bilməmiş və təxminən 5,1 milyard dollarlıq borcunu ödəyə bilməmişdi.
Sənəddən aydın olur ki, alıcı “Air India Express” loukosterinin 100 faizini və Hindistanın ən böyük hava limanlarında yük və yerüstü xidmətlər göstərən AISATS-nin 50 faizini də əldə etmiş olacaq. “Air India”nın bir neçə törəmə şirkəti satışdan çıxarılıb. Hindistan hökuməti potensial alıcılardan ilkin təkliflərin martın 17-dək təqdim olunmasını təklif edib. Hökumətdən həmçinin qeyd olunub ki, daşıyıcıya nəzarət Hindistan şirkətində qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























