Türkiyənin fındıq ixracında rekord
Türkiyə 2019-cu ildə fındıq ixracından 2 milyard 28 milyon dollar gəlir əldə edib.
Qaradəniz Fındıq və Məmulları İxracatçıları Birliyi (KFMİB) İdarə heyətinin sədri İlyas Edip Sevinç etdiyi yazılı açıqlamada, keçən il Türkiyənin 319 min 772 ton fındıq ləpəsi və məmulları ixrac reallaşdırdığını bildirib.
"Marja" xəbər verir ki, açıqlamasında bu rəqəmin qabıqlı olaraq təxminən 640 min tona bərabər olduğunu qeyd edən Sevinç, "Fındıq ixracatımız miqdar ifadəsində bütün zamanların ən yüksək rəqəmidir. 2019-cu ildə reallaşdırılan 319 min 772 ton iç fındıq ixracı qarşılığında 2 milyard 28 milyon 727 min 972 dollar valyuta gəliri əldə edilib" məlumatını verib.
O, 2018-ci illə müqayisədə fındıq ixracının miqdar ifadəsində 14,5%, məbləğ ifadəsində isə 24% artdığını qeyd edib.
Sevinç Türkiyənin Çinə fındıq ixracının artdığını bildirib.
"Çin Xalq Respublikasına 2019-cu ildə 11 min 180 ton fındıq ləpəsi ixrac edilib və 87,2 milyon dollar gəlir əldə edilib. Çin Türkiyənin ən çox fındıq ixrac etdiyi ölkələr arasında 6-cı yerdədir. Qarşıdakı bir neçə il ərzində Çin Xalq Respublikasının, Almaniya və İtalyanın ardından 3-cü yerə yüksəlməsini gözləyirik. Bundan sonra fındıqda təklif artıqlığı problemi yaşanmayacaq. İstehsal edilən fındığın bazara çıxarılmasında bir çətinlik yaşanmazsa 2020-ci ildə də bu artım trendi davam edəcək."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















