BRİCS çökür
2001-ci ildən etibarən qlobal iqtisadiyyatın "mühərriki" kimi səciyyələndirilən BRİCS ölkələrindən Rusiya və Braziliyadan sonra Cənubi Afrika da “investisiya edilə bilər” reytinqini itirib. Yerdə Çin və Hindistan qalıb.
“Marja” xəbər verr ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİCS ölkələrinin "ulduzu" sönməyə başlayıb. 2001-ci ildən etibarən yüksək iqtisadi inkişaf nisbətlərilə qlobal iqtisadiyyatın "mühərriki" hesab edilən, 2008-ci il qlobal böhranının ardından iqtisadi artım sürətləri düşən BRICS-in indi də reytinqi düşür.
Rusiya və Braziliyanın ardından Cənubi Afrika da “investisiya edilə bilər” reytinqini itirib. Standard & Poor's, ölkədəki siyasi qeyri-müəyyənliyi əsas göstərərək reytiniqini "BB+" səviyyəsinə endirib. Mənzərənin də "mənfi" olduğu bildirilib. Bu da reytinqin yenidən düşə biləcəyini göstərir. Cənubi Afrikanın reytinqi 17 il ərzində ilk dəfə "investisiya edilə bilər" səviyyəndən aşağı düşüb.
Fitch, Cənubi Afrikanın reytinqini "investisiya edilə bilər" səviyyəndən bir pillə, Moody's isə 2 pillə yuxarıda saxlayır.
BRICS-də kredit reytinqi salımnmayan Çin və Hindistan qalıb.
Hindistan 2014-ci ildən bu yana artım və iqtisadi sabitlik məsələsində göstərdiyi inkişafa baxmayaraq kredit reytinqinin "BBB-" səviyyəsində saxlayan Moody's və Standard & Poors-u tez-tez tənqid edir.
BRİCS ölkələrindən Rusiya və Braziliyanın reytinqi isə 2015-ci ildə "zibil"ə çevrilmişdir. Moskva, Suriyadakı siyasi rolu və xammal qiymətlərində baş verən ucuzlaşmalar səbəbindən "investisiya edilə bilər" reytinqini itirmişdi.
Braziliyanın isə Prezident Dilima Rousseffin çevrilişlə vəzifəsindən uzaqlaşdırılması nəticəsində reytinqi aşağı salınmışdır.
ÖZ AGENTLİKLƏRİNİ QURACAQLAR
BRİCS ölkələri 2016-cı ilin Oktyabr ayında Hindistanda keçirdikləri iclasda öz kredit reytinqi agetliklərini yaratmaq qərarına gəliblər. Agentliyin inkişaf etmiş ölkələr üçün xüsusi qiymətləndirmə standartını hazırlayacağı bildirilmişdi. BRİCS tərəfindən 50 milyard dollarlıq sərmayə ilə birgə yaradılan Yeni İnkişaf Bankı (NDB) isə 2015-ci ilin İyul ayına Şanxayda rəsmi olaraq fəaliyyətə başlayıb. NDB-nin 100 milyard dollar sərmayəyə çatması məqsədi güdülür.
HİNDİSTAN BİRİNCİDİR
Dünyanın inkişaf edən iqtisadiyyatlarından yaranan BRİCS ölkələrinin əhalisi, ümumi dünya əhalisinin 40%-dən çoxunu təşkil edir. PricewaterhouseCoopers-ə görə Çin, 2030-a qədər dünyanın ən böyük iqtisadiyyatı halına gələcək. Hindistan üçüncü olacaq. 2016-ci ildə Hindistan 7.4 faiz, Çin isə 6.7 faiz artıb. Cənubi Afrikanın böyümə nisbəti 0.28 faizdə qalıb. Rusiya isə 2015-də 3.7 faiz geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
23 d. əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
-
37 d. əvvəl
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
- 57 d. əvvəl
-
1 saat əvvəl
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
-
1 saat əvvəl
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır
-
1 saat əvvəl
Boliviyada iqtisadi fövqəladə vəziyyət - sosialist iqtisadi siyasətdən uzaqlaşır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
Bakı Limanında konteyner aşırılması 100 mini keçdi
Ən çox oxunanlar
Bu il "Şahdağ Turizm Mərkəzi"ni 300 min turist ziyarət edib
Dekabrın 19-da gözlənilən hava şəraiti
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Dənizdə külək enerjisilə bağlı hesabat təqdim olunub
“Bonaqua” Azərbaycanda milli tərəfdaşlıq layihələrini genişləndirir
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə










.jpg)









