Torpaq Məcəlləsindəki bu çatışmazlıqlar aqrar inkişafı məhdudlaşdırır
Ölkəmizdə son illərdə aparılan məqsədyönlü aqrar islahatlar kənd təsərrüfatı məhsulların istehsalına marağı artırmış, bu da öz növbəsində yeni iş yerlərinin açılmasına, ixrac imkanlarının artırılmasına, ölkənin ərzaq təhlükəsizliyinə müsbət təsirini göstərmişdir. Ancaq bununla yanaşı inkişaf edən kənd təsərrüfatı sahəsinin daha da sürətləndirilməsi üçün aqrar qanunvercilik və normativ sənədlərin də müasir zamanın tələblərinə cavab verməsinə də ehtiyac vardır. Belə ki, aqrar sahədə uğurlu olan ölkə (Hollanda, İsrail və s.) təcrübələrinə istinadən aqrar məhsulların istehsalı ilə yanaşı onun saxlanılması, satışı və ixracı, keyfiyyətə nəzarət və ümumiyyətlə idarəetmə və inzibati binası kimi ümumi prosesin effektiv idarə olunması üçün dəstəkləyici tikililər nəzərə tutulur.
Bu yazımızda Azərbaycan Respublikasının Torpaq Məcəlləsi təhlil olunaraq mövcud vəziyyət, çatışmamazlıq və müasir zamanın tələblərinə cavab verməsi ilə bağlı təkliflərə yer verilmişdir.
Mövcud vəziyyət
Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən Çıxarış:
Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
Çatışmamazlıqlar
- Kənd təsərrüfatı məhsulların “saxlanılması” , “idarəetmə və inzibati (satış, ixrac və s.) ofis bina” məqsədləri ilə bağlı heç bir müddəa yoxdur. Bu da istehsalçının məhsulunun yığıb saxlanılması və satışı ilə bağlı bir təşəbbüsünü məhdudlaşdırır.
-Müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikilidir.
Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (A.R. Fövqəladə Hallar Nazirliyinin 01 aprel2015-ci il tarixli, 20/01- 001 №-li Qərarı ilə təsdiq edilib) əsasən Müvvəqəti Tikili - Müvəqqəti tikili əsasən yüngül inşaat konstruksiyalarından inşa edilməli və asanlıqla quraşdırılaraq tikinti başa çatdıqdan sonra sökülməlidir.
Təklif
Maddənin 1-ci bəndində qeyd olunan Məqsədlərə “kənd təsərrüfatı məhsulların Saxlanılması, İdarəetmə və inzibati işlərləri, satışı, ixracı, keyfiyyətinə nəzarət və s.” məqsədlərin əlavə olunması,
Maddənin 2-ci bəndində qeyd olunan “müvvəqəti” sözün ləğv edilməsi və “1-ci bəndə qeyd olunan məqsədlər üçün tikililər və qurğular quraşdırmaq olar” düzəlişin əlavə edilməsi.
Marja.az üçün Elnur İslamov, "AqroPlatforma"nın təsisçisi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)







.jpg)




