ABŞ-da aktiv neft qazma qurğularının sayı artıb
ABŞ-ın neft sənayesinin görünüşü və qısamüddətli xam neft istehsalı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının (qüllələrinin) sayı ötən həftə 4 ədəd artıb
"Marja" xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"ın həftəlik məlumatlarına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 7-13 dekabr həftəsində bir əvvəlki həftə ilə müqayisədə 4 ədəd artaraq 667-yə yüksəldib. Daha çox quyunun qazılması yaxın gələcəkdə neft hasilatının daha da artmasına səbəb ola bilər.
Cümə günü Brent neftin barel qiyməti 65,40 dollardan, Qərb Tekxas (WTI) xam neftin barel qiyməti də 59,82 dollardan bağlanıb. Bakı vaxtı ilə saat 08:30-da Brent nefti 65 dollardan alıcı tapıb.
Ötən həftə ABŞ və Çin arasında birinci mərhələ ticarət razılaşması olduğu barədə xəbərlər neftin qiymətinin yüksəlməsinə səbəb olmuşdu.
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Qazma qurğularınım sayının azalması qazılan neft quyularının sayının artması deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























