"Hasilatın azaldılması neft bolluğunun qarşısını almayacaq"
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri keçən həftə neft istehsalını cəmi gündəlik 1,7 milyon barel azaltmaq qərarı qəbul ediblər. "Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) neft hasilatının azaldılmasının 2020-ci ildə təklif bolluğunun qarşısını almayacağını açıqlayıb.
IEA OPEC-in qərarına baxmayaraq neft ehtiyatlarının ilk rübdə gündəlik 700 min barel arta biləcəyini nəzərdə tutur.
Qlobal bazarlarda artıq təklifin gələn ilin 2-ci rübündə gündəlik 1 milyon barelə qədər çıxa biləcəyi, bunun da OPEC ölkələri üçün çətinlik yaradacağı bildirilib. OPEC ölkələrinin növbəti hücumu qiymətləndirmək üçün Mart ayının əvvəlində toplanması gözlənilir.
Xəbər verdiymiz kimi, Dekabrın 6-da Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub.Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb (əvvəl 1,2 milyon barel idi). Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























