Səudiyyə Ərəbistanı "mükafat və cəza" yanaşmasını istifadə edir
Səudiyyə Ərəbistanı digər OPEC üzvlərini neft qiymətlərini qorumağa razı salmaq üçün "mükafat və cəza" yanaşmasını istifadə edir.
Səudiyyə Ərəbistanının yeni Neft naziri Şahzadə Əbdüləziz bin Salman vəzifəyə gəlməsindən bu yana ilk dəfə OPEC yığıncağına qatılıb. Yığıncaq bu gün Vyanada başlayıb.
OPEC-in əsas gücü Səudiyyə Ərəbistanı, Cümə axşamı günü keçirilən nazirlər səviyyəsindəki yığıncaqda digər üzvləri qiymətləri müdafiə etməyə razı salmaq üçün "mükafat və cəza" yanaşmasını istifadə edib.
"ƏMƏL ETMƏSƏNİZ HASİLATIMI ARTIRACAM, ETSƏNİZ AZALDACAM"
"Marja" xəbər verir ki, OPEC nümayəndələrindən əldə edilmiş məlumata görə, Səudiyyə Ərəbistanı, digər ölkələrin istehsalın azaldılması kvotalarına əməl etməməyi davam etdirmələri vəziyyətində istehsalını artırmağa istəklidir. İstehsalın azaldılması razılaşmasındakı kvotalara əməl edilməsi vəziyyətində isə, mükafat, Səudiyyə Ərəbistanının hasilatın daha çox azaldılmasına liderlik etməsi olacaq.
Hasilatın gündəlik 1,2 milyon barel azaldılması razılaşmasına ən çox İraq əməl etməyib.
Digər bir məlumata görə, 2020-ci ilin Mart ayında başa çatacaq mövcud planın (hasilatın gündəlik 1,2 milyon barel azaldılması) gələn ilin sonuna qədər uzadılması müzakirə edilir.
Hasilatın azaldılması müqaviləsi ilə, müqaviləyə qoşulmuş hər bir ölkə üçün gündəlik hasilatını azaldılması miqdarı (kvota) müyyən edilib.
OPEC-in bugünkü iclasında əsas mövzu "mövcud istehsalın azaldılması razılaşmasının müddətini uzatmaq və ya istehsalı daha çox azaltmaq"dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























