Azərbaycan nefti ilə bağlı böyük müqavilə
“SOCAR Trading” şirkəti (SOCAR-ın ticarət törəməsi, ARDNŞ) 2020-ci ilin birinci yarısında Vyetnama 5 milyon barel həcmində “Azeri Light” markalı neft tədarük edəcək.
Bu barədə Vyetnam neft qrupunun ("Petrovietnam") məlumatında deyilir.
“Noyabrın 29-da “Petrovietnam”ın tərkibinə daxil olan “Binh Son Refining and Petrochemical Co” (BSR) ASC Hanoyda “Dung Quat” neft emalı zavoduna (NEZ) neft tədarükünə dair “SOCAR Trading” ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, “SOCAR Trading” 2020-ci ilin ilk 6 ayı ərzində NEZ-ə “Azeri Light” markalı neft tədarük edəcək. Tədarükün ümumi həcmi 5 milyon barel təşkil edəcək”, - məlumatda qeyd olunur.
“Azərbaycan nefti “WTI Midland”, “Bonny Light”dan başqa “Dung Quat” NEZ-ə tədarük olunan strateji neft növlərindən biridir”, - məlumatda BSR-nın baş direktoru Buy Min Tyanın sözlərindən sitat gətirilir.
O, həmçinin vurğulayıb ki, BSR və “SOCAR Trading” Azərbaycan neftinin “Dung Quat” NEZ-ə tədarükünə dair uzunmüddətli əməkdaşlığa ümid edirlər. Eyni zamanda, yeni saziş “Petrovietnam” ilə SOCAR və onun bölmələri, xüsusilə ümumilikdə Vyetnamla Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərini möhkəmləndirəcək”, - Tyan qeyd edib.
O cümlədən, məlumatda bildirilir ki, Vyetnam hökumətinin 16 sentyabr 2019-cu il tarixli qərarı ilə 1 noyabr 2019-cu il tarixindən etibarən neft idxalı üçün vergi üzrə dərəcə 5%-dən 0%-dək endirilib. “Bu qərar yerli NEZ-lərə Azərbaycan neft daxil olmaqla, rəqabət qabiliyyətli qiymətlərlə idxal olunan neftə çıxışı təmin edir”, - məlumatda vurğulanır.
“Azeri Light” markalı neft Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” blokundan hasil olunur.
“SOCAR Trading” “Dung Quat” NEZ-ə neft tədarükü üzrə BSR-nın köhnə tərəfdaşıdır.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























