ABŞ-ın neft istehsalı rekord səviyyədə qalıb
ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 4,9 milyon barel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının keçən həftə 4,9 milyon barel (1,1%) azalaraq 447,1 milyon barelə gerilədiyini açıqlayıb. Bazar proqnozu ehtiyatların 1,7 milyon barel azalacağı istiqamətində idi. Kommersiya xam neft ehtiyatları bir əvvəlki həftə 1,6 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 1 milyon barel (0,2%) azalaraq 635,2 milyon barelə geriləyib.
Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları isə 3,4 milyon barel (1,5%) artaraq 229,4 milyon barelə yüksəlib. Bazar proqnozu benzin ehtiyatlarının 1,8 milyon barel artcağı istiqamətində idi. Benzin ehtiyatları bir əvvəlki həftə 5,1 milyon barel artmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 201 min barel azalma ilə 5,99 milyon barelə, neft ixracı da gündəlik ortalama 345 min barel azalma ilə 3,13 milyon barelə geriləyib.
NEFT HASİLATI REKORD SƏVİYYƏDƏ QALIB
Söz mövzusu dövrdə ABŞ-da xam neft istehsalı isə dəyişiklik göstərməyib. 23-29 Noyabr həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 12,9 milyon barel təşkil edib və bir əvvəlki həftə çatdığı rekord səviyyədə qalıb.
EIA-nın "Noyabr 2019" hesabatına görə, ölkənin gündəlik orta xam neft istehsalının bu il 12,3 milyon barel, gələn il isə 13,3 milyon barel olacağı təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























