Neft ilə bağlı kritik iclas başlayır
Bu gün Avstriyanın paytaxtı Viyanada Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) yığıncağı başlayacaq.
"Marja" xəbər verir ki, sabah isə 14 üzvlü OPEC ilə bərabər OPEC-ə üzv olmayan 10 ölkənin birgə yığıncağı keçiriləcək. OPEC-ə Səudiyyə Ərəbistanı, OPEC-ə üzv olmayan müttəfiqlərinə isə Rusiya başçılıq edir.
Yığıncaqdan əvvəl qarışıq mesajlar verilib, hazırda bazarlarda qeyri-müəyyənlik hakimdir. Digər tərəfdən mütəxəssislər fərqli proqnozlar dilə gətirirlər.
Mütəxəssislərdən bəziləri təşkilatın və tərəfdaşlarının neft hasilatının azaldılması razılaşmasında müddətin uzadılacağını gözləyirlər, bəziləri isə neft istehsalının azaldılması miqdarının artırılacağını təxmin edir. OPEC və tərəfdaşlarının 2020-ci ilin Mart ayının sonunadək gündəlik hasilatın 1,2 milyon barel azaldıması barədə razılaşmaları mövcuddur.
OPEC və müttəfiqlərinin 2018-ci ilin dekabr ayında qərar verdikləri gündəlik xam neft istehsalının 1,2 milyon barel azaldılması tədbirinin 2020-ci ilin İyun ayına qədər uzadılacağına daha böyük ehtimal verilir. Bunun neft qiymətlərini dəstəkləməyə davam edəcəyi qeyd edilir.
Təşkilatın və müttəfiqlərinin (OPEC+) gündəlik xam neft istehsalını əlavə 1 milyon barel aşağı salması lazım olduğunu qeyd edən bəzi mütəxəssislər isə neft qiymətlərinin ancaq bu şəkildə dəstəklənə biləcəyini iddia edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























