"Google"ın qurucuları vəzifələrindən istefa verəcəklərini açıqladılar
"Google-ın qurucuları Larry Page və Sergey Brin, "Google"ın sahibi olan "Alphabet" şirkətinin İdarə Heyətinin sədri (CEO) vəzifələrindən istefa verəcəklərini açıqlayıblar.
İkili şirkətin Müşahidə şurasında qalmağa davam edəcəklər. Page və Brin şirkətlərini 1998-ci ildə ABŞ-ın Kaliforniya əyalətində bir qarajda qurmuşdu.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, "Google"ın CEO-su (İdarə Heyətinin sədri və ya İcraçı direktoru) Sundar Pichai, "Alphabet"in də CEO-su olaraq ikilinin yerinə keçəcək.
"Alphabet" 2015-ci ildə, "Google" və sahibi olduğu şirkətlərin bir mərkəzdən idarə edilməsi məqsədilə qurulub.
İkisi də 46 yaşında olan idarəçilər "artıq rəhbərlik strukturunu sadələşdirməyin təbii zamanı gəlmişdir" deyiblər:
"İkimiz də, şirkəti bizdən daha yaxşı idarə edəcək biri gördüyümüzdə idarəçiliyi buraxmaq istəməyən insanlardan deyilik. "Alphabet" və "Google"ın iki CEO və başçıya ehtiyacı yoxdur".
Page və Brin şirkətə tövsiyə verən və sevgilərini göstərən, lakin gündəlik işlərinə qarışmayan bir "valideynlər" kimi olacaqlarını, şirkət rəhbərliyini Pichai-dən daha yaxşı bir şəkildə icra edəcək kimsə olmadığını söyləyiblər.
Hindistanda doğulmuş 47 yaşındakı Pichai Stanford Universiteti və Pennsylvania Universitetində oxumaq üçün ABŞ-a getmiş, ardından 2004-də "Google"a qatılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























