"Qara Cümə"də 7,4 milyard dollarlıq rekord!
ABŞ-da "Black Friday" adlandırılan "Qara Cümə" endirim günündə, ölkədəki istehlakçılar 7,4 milyard dollarlıq onlayn alış-veriş edərək rekordu yeniləyiblər.
"Marja" xəbər verir ki, Amerika mediasında yer alan və "Adobe Analytics" tərəfindən toplanmış rəqəmlərə görə, bu ilki "Qara Cümə" rekordla bağlanıb və 7,4 milyard dollar olmaqla bütün zamanların ən yüksək onlayn satış rəqəminə çatılıb.
"Adobe Analytics"in rəqəmlərinə görə, bu ilki onlayn alış-veriş həcmi ötən ilin eyni günü ilə müqayisədə 20% artıb. Yalnız cümə günkü bütün onlayn sifarişlərin 39%-i cib telefonları üçün verilib.
KİBER BAZAR ERTƏSİ
"Qara Cümə"nin ardından 2 dekabrdakı "Kiber Bazar ertəsi" (Cyber Monday) günündə də 9,4 milyard dollarlıq onlayn satış rəqəmi ilə yeni bir rekordun qırılması gözlənilir. Keçən il "Kiber Bazar ertəsi"ndə 7,9 milyard dollarlıq onlayn satış qeydə alınmışdı.
ABŞ-da hər il noyabrın əvvəlindən dekabr sonuna qədər davam edən və "Minnətdarlıq Günü (Thanksgiving Day)", "Qara Cümə" (Black Friday), "Kiçik Bizneslər Şənbəsi (Small Business Saturday)", "Kiber Bazar ertəsi (Cyber Monday)", "Milad" (Christmas) və Yeni il Gününü (New Year's Day) əhatə edən tətil mövsümündə bu il təxminən 730 milyard dollarlıq pərakəndə satış gözlənildiyi bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 37 d. əvvəl
-
58 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi




















