Tramp etirazçıları dəstəkləyən Honq Konq qanununu imzaladı
ABŞ Prezidenti Donald Tramp, Honq Konqdakı nümayişlərdə tətbiq olunan şiddət və insan haqqları pozuntularına görə məsuliyyət daşıyan çinli rəsmilərə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
"Marja" xəbər verir ki, Tramp, etdiyi yazılı açıqlama ilə Konqresin hər iki palatasından da keçərək masasına gələn "Honq Konq İnsan Haqları və Demokratiya Qanunu" adlı qanun layihəsini imzaladığını bildirib.
Tramp açıqlamasında, "Bu qanunu, Çin Dövlət Başçısı Şi Cinping və Hong Kong xalqına olan hörmətimdən ötəri imzaladım. Bu qanun, Çin və Honq Konq hökumətlərinin aralarındakı fərqlilikləri həll edərək, uzun, davamlı sülh və rifaha gətirib çıxarmasını məqsəd qoymaqdadır" ifadələrini istifadə edib.
Respublikaçı senator Marco Rubio tərəfindən təqdim edilən və Konqresin hər iki palatasından da keçən qanun, həm Respublikaçı həm də Demokrat vəkillər və Senatorlardan böyük dəstək almışdı.
Çinin ABŞ-ın bu addımına necə cavab verəcəyi maraqla gözlənilir. Çin rəhbərliyi, Trampdan əlaqədar qanunu veto etməsini istəmişdir.
Xatırladaq ki, Honq Konq rəhbərliyi, şübhəlilərin Çinə qaytarmasını asanlaşdıran qanun layihəsini 3 Apreldə parlamentə təqdim etmişdi. Müxalifət qanunun, Honq Konqun səlahiyyətlərini azaldacağı və Çinin təsirini artıracağını düşünərək iyunun əvvəlində şəhərdə böyük kütləvi etirazlar başlatmışdır.
Etirazların gün keçdikcə şiddətini artırmasından sonra Honq Konq Baş İdarəçisi Carrie Lam, iyulda qanunun "öldüyünü" açıqlamış, 4 Sentyabrda qanunun geri götürəcəklərini açıqlamışdı. Qanunun, 23 Oktyabrda rəsmi olaraq geri götürülməsinə baxmayaraq etirazçılar, "demokratik islahat" tələbləri ilə etirazları davam etdirmək qərarı verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























