Toplanan sığorta haqları azalıb, ödənişlər artıb - PALATA SON RƏQƏMLƏRİ AÇIQLADI
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 570.5 milyon manat məbləğində sığorta haqqı toplanıb, 225.5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 617.2 milyon manat məbləğində sığorta haqları toplanmış, 205.9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
2019-cu ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarı üzrə haqlar 387 milyon manat, ödənişlər isə 159.7 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 milyon manat, ödənişlər isə 65.8 milyon manat olub.
2019-cu ilin yanvar-oktyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.8%-i könüllü, 32.2%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.8%-i könüllü, 29.2%-i icbari sığorta növləri hesabına formalaşıb.
Qeyri-həyat sığortasının könüllü növlərində 4% və ya 7.4 milyon manat, icbari növlərində isə 7% və ya 9 milyon manat olmaqla sığorta haqlarının artımı davam edir. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9.9 milyon manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 25% və ya 5.7 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 28% və ya 1.7 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası 5% və ya 0.5 milyon manat) artım özünü göstərməkdədir.
İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% və ya 17.1 milyon manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri daşınmaz əmlakın icbari sığortası (20% və ya 5.1 milyon manat artım), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4% və ya 3.5 milyon manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1 mln. manat artım) növləri olub.
Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 27% (8 milyon manat) artım olub.
Keçən ilin 10 ayı ilə müqayisədə ödənişlərdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.9 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 milyon manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.8 milyon manat və həyatın yaşam sığortası 2.6 milyon manat artım olub. Azalma isə əsasən ümumi mülki məsuliyyətin sığortası (0.8 milyon manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (0.5 milyon manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (1.8 milyon manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"






















