Ən böyük kütləvi yol ilə səhm satışı olacaq - 1,7 TRİLYON DOLLAR
Səhmlərinin ilkin kütləvi satışı zamanı "Saudi Aramco" şirkətinin bazar dəyərinin 1.6 trilyon ilə 1.7 trilyon dollar qiymət aralığında alacağı gözlənilir.
"Marja" xəbər verir ki, Səudiyyə şahzadəsinin əvvəldən hədəflədiyi 2 trilyon dollardan aşağı qalmasına baxmayaraq dünyanın ən böyük kütləvi yol ilə səhm satışı (İPO - initial public offering ) olacaq.
"Saudi Aramco" dünyanın ən böyük səhmlərin ilk kütləvi satışı ola biləcək 1.5%-lik səhm satışı ilə 25.6 milyard dollar qazanmağa çalışır (Şirkətin səhmlərinin 1,5%-i investorlara təklif olunacaq).
İlkin qiymət aralığı bir səhm üçün 30 riyal - 32 riyal təşkil edir. "Aramco" son qiyməti 5 dekabrda yayımlayacaq.
Səudiyyə Ərəbistanı, Şahzadənin iqtisadiyyatı şaxələndirmək planlarının təməlini təşkil edən İPO-nun uğurlu olması üçün bütün maneələri ortadan qaldırır. Krallıq, neft nəhəngi üçün vergi nisbətini də aşağı salıb.
"Suudi Aramco"nun səhmlərinin ilk kütləvi təklifi üçün hazırlanmış hesabatda, qlobal neft tələbinin qarşıdakı 20 il ərzində ən yüksək səviyyəyə qalxa biləcəyi nəzərdə tutulub. Məsləhətçi şirkət "IHS Markit" tərəfindən hazırlanmış təxminə görə neft tələbi 2035-ci ildə ən yüksək səviyyəyə çatacaq. Qlobal neft tələbi 2045-ci ildə isə 2040-cı illə müqayisədə azalacaq.
"Suudi Aramco" dünyanın ən böyük neft istehsalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 47 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























