"Google" "Fitbit"i 2,1 milyard dollara satın aldı; "Xiaomi"yə ağıllı saat sektorunda rəqib oldu
ABŞ-ın iri texnologiya şirkəti "Google", taxılan məşq cihazları və ağıllı saat istehsalçısı "Fitbit" şirkətini 2,1 milyard dollara satın aldığını açıqlayıb.
"Marja" xəbər verir ki, müstəqil bir şirkət olaraq fəaliyyətini davam etdirəcək şirkətin adında bir dəyişiklik edilməməsi qərarlaşdırılıb. İlin əvvəlində 40 milyon dollara "Fossil" şirkətini də alan "Google" beləcə "Xiaomi" və "Apple Watch"a qarşı ağıllı saat bazarında əlini daha da gücləndirmişdir.
"Google", daha əvvəl "Wear OS" adını verdiyi əməliyyat sistemi və proqramlar ilə taxılan cihazlar sahəsinə addım atmışdı. Bu əməliyyat sistemi hər nə qədər bir çox saat tərəfindən istifadə edilsə də texnologiya nəhəngi ağıllı saat bazarına fiziki bir məhsulla hələ daxil olmamışdı. "Fitbit"in alışı ilə bu vəziyyəti dəyişdirməyi hədəfləyən şirkət, həmçinin bu sahənin lideri Çinin texnologiya nəhəngi "Xiaom"inin ciddi bir rəqibi olub.
Ürək atış sürəti, günərzində atılan addım, yuxu keyfiyyəti kimi fərdi sağlamlıq və fəaliyyət məlumatlarını elektron olaraq izləməyi təmin edən taxılan cihazlar istehsal edən "Fitbit", bu günə qədər 100 milyondan çox cihaz satıb. "Fitbit"in dünyada 28 milyon aktiv istifadəçisi var.
Bazarda lider mövqedəki "Xiaomi" taxılan cihazlar bazarının 17%-ini əlində tutur. Çinli şirkətin ardından amerikalı "Apple" gəlir. "Fitbit" 10%-lik payı ilə sektorun ən əhəmiyyətli üçüncü şirkəti vəziyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























