Honq Konqun rəhbərindən iqtisadi durğunluq xəbərdarlığı
Çinin Honq Konq muxtar bölgəsinin Baş İdarəçisi Carrie Lam, yazdan bu yana təşkil edilən kütləvi etirazların sona çatması lazım olduğunu bildirib, şəhər iqtisadiyyatı və turizminə zərbə vuran hadisələrin iqtisadi durğunluq təhlükəsi yaratdığı xəbərdarlığını edib.
"Marja" xəbər verir ki, Lam, həftəlik mətbuat konfransında, şübhəlilərin Çinə qaytarmasını asanlaşdıran qanun layihəsinə etiraz üçün başlayan, qanunun geri çəkilməsinin ardından "demokratik islahat" tələbi ilə davam edən nümayişlərin iqtisadiyyata təsirinə dair açıqlamalar verib.
Etirazların şəhər iqtisadiyyatını mənfi təsir etdiyini qeyd edən Lam, "Əgər bu rübdə də iqtisadiyyat azalsa iqtisadiyyat ardıcıl ikinci dəfə kiçilmiş olacaq. O zaman texniki olaraq durğunluğa girmiş olacağıq. Belə olsa 2019-cu ildə tənəzzül ilə qarşılaşacağıq",- deyib.
Lam, iqtisadi problemlərin aradan qaldırılması üçün şəhərdə yenidən dincliyin təmin edilməsi lazım olduğunu vurğulayaraq "Çox təəssüf ki üsyançılar, bazar günü və dünən gecə yenə bəzi bəhanələrlə şiddətə müraciət etdilər" deyib.
Hökumətin şiddətə müraciət edən etirazçıların tələblərini qarşılamasını həll olaraq görmədiyini bildirən Lam, "Şiddətə son vermədiyimiz təqdirdə başlatdığımız siyasi dialoqu davam etdirə bilmərik",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























