"İki hektar ərazisi olan fabrikimiz ilə Azərbaycanın ən böyük mebel istehsalçılarından biriyik" - MÜSAHİBƏ
(®) Qardaşlar mebelin təsisçisi, gənc sahibkar Əli Mirzəyev ilə müsahibə
-Qeyri-neft sektorunun inkişafı bir sahibkar kimi sizin işinizə necə təsir edir?
- Qeyri-neft sektorunun inkişafına ayrılan xüsusi diqqət, iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsal həcminin və ixrac dövriyyəsinin daha da artırılması, idxaldan asılılığın aradan qaldırılması ilə bağlı görülən bütün işlər ölkə rəhbərinin uğurlu islahatlarının tərkib hissəsidir.
İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün atılan məqsədyönlü addımlar biz sahibkarları sevindirir, yeni-yeni layihələrə investisiya qoyulması və yeni iş yerlərinin yaradılması üçün təşviq edir. Ölkəmizdə mebel sənayesinin kifayət qədər inkişaf etdiyini, çox keyfiyyətli mebel məhsullarının istehsal olunduğunu vurğulaya bilərəm.
-Əli müəllim, təsisçisi olduğunuz “Qardaşlar Mebel”in fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Mebel istehsalı və satışı ilə məşğul olan “Qardaşlar mebel” fabriki 2015-ci ildən etibarən fəaliyyət göstərir. İki hektar ərazisi olan fabrik hazırda Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biridir.
Daimi olaraq 100 nəfərdən artıq işçisi olan “Qardaşlar mebel” öz işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına hər zaman böyük diqqət göstərir. Fabrikin əməkdaşları dünyanın bir çox qabaqcıl ölkələrində keçirilən sərgilərdə iştirak edərək, həm mebel istehsalı sahəsində baş verən yeniliklər və ən son texnoloji avadanlıqlarla tanış olur, həm də yeni müştərilər və partnyorlar qazanırlar.
-Mebellərin keyfiyyəti və zəmanəti müştəriləri ən çox maraqlandıran məsələlərdəndir. “Qardaşlar Mebel” buna nə qədər önəm verir?
- “Qardaşlar mebel” çox qısa zamanda istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilmişdir. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi İSO 9001: 2008 və İSO 9001: 2015 beynəlxalq sertifikatlara layiq görülümşdür.
“Qardaşlar mebel”in bütün avadanlıqları müasir Avropa standartlarına uyğundur. Belə ki, avadanlıqların 80 faizi İtaliyanın dünyaca məşhur “GRİGGİO Woodworking Machinery” şirkətindən alınmış, digər avadanlıqlar isə Türkiyənin “Durmazlar Makina”, “Reha Makina”, “Teksan makina”, “Sağlam Makina”, “Tempoaksesuar”, “Etiket Atölyesi” və “Feta Eğitim Araçları Merkezi” kimi iri şirkətlərə aiddir. Qeyd edək ki, “Reha Makina” İngiltərənin RangeRover və Jaguar avtomobil brendləri ilə yaxından əməkdaşlıq edir.
Mebel dəstlərinin istehsalı zamanı çox keyfiyyətli ağac materiallarından, metal hissələrdən, mexanizmlərdən, boyalardan, dəri və parça üzlüklərdən, döşəklərdən istifadə olunur. Fabrikin tərkibində bir neçə iri istehsal korpusu fəaliyyət göstərir.Fabrikdə ofis, ev və bağ mebelləri ilə yanaşı, məktəb mebelləri, hərbi mebellər, səhiyyə mebelləri və bütün növ dəmir mebellər də istehsal olunur.
Mebel dəstlərinin yüksək keyfiyyətlə hazırlanmasına, vaxtında çatdırılmasına və tam məsuliyyətlə quraşdırılmasına təminat verilir. Fabrikə məxsus olan yük maşınları məhsulların güvənilir və təhlükəsiz qaydada çatdırılması sahəsində kifayət qədər təcrübəlidirlər. Odur ki, istehsal etdiyimiz istənilən malın keyfiyyətinə uzun müddətli zəmanətlər veririk.
Yerli istehlakçıların bizə rəğbət göstərməsi və keyfiyyətimizdən razı qalması bizi qürurlandırır və daha da həvəsləndirir. Onu da qeyd edim ki, ölkəmizdə bir çox dövlət müəssisələri öz maddi-texniki bazasını yeniləyərkən bizə etibar edirlər.
Bütün bunların qarşılığında, “Qardaşlar mebel” öz yenilikləri ilə müştəriləri sevindirmək, onlara keyfiyyətli və münasib qiymətlərlə məhsullar təqdim etmək üçün hər zaman böyük səylə çalışır.
-Mebel sahəsi elə bir sahədir ki, estetik görünüş və zövq tələb edir. Bu yönümdən baxsaq necə, “Qardaşlar Mebel” müştərilərin zövqünü oxşaya bilir?
- Müştərilərin zövqünü oxşaya bilmək üçün peşəkar dizayner komandası cəlb olunur, istehsal prosesi və fabrikin idarə olunmasının avtomatlaşdırılması ilə bağlı çox böyük işlər görülür.
Yaxın günlərdə “Qardaşlar mebel” öz brandbook-unu, loqosunu və internet səhifəsini (www.gardashlar.com) yeniləmiş, hətta “Grand Master” adlı müəlliflik hüquqları özünə məxsus olan personaj (maskot) yaratmışdır. İnnovativ yenilikləri dəstəkləyən və hər daim özünü təkmilləşdirən “Qardaşlar mebel” müştərilərilərə “Təki siz istəyin...” sloqanı ilə səslənir. Fabrikin yeni internet səhifəsi artıq müştərilərin istifadəsinə verilmişdir və hər kəs oradakı elektron kataloq vasitəsilə fabrikə məxsus istehsal nümunələri ilə tanış ola bilər. Bundan əlavə, “Qardaşlar mebel”in Çağrı Mərkəzi hər zaman müştərilərə xidmət göstərməkdən məmnunluq duyur.
-Uğurlarınız və qarşıdakı hədəfləriniz bizim üçün maraqlıdır
- 2019-cu ildə “Buta Palace”da keçrilmiş 350-yə yaxın iş adamının, bir çox dövlət qurumlarının nümayəndələrinin, 20-yə yaxın xarici ölkənin Azərbaycandakı səfirlərinin, eləcə də Almaniya, Gürcüstan, Səudiyyə Ərəbistanı və Özbəkistandan olan bir qrup biznes nümayəndələrinin iştirak etdiyi “Azeri Business Award” milli mükafatlandırma tədbirində “Qardaşlar mebel” “İlin Mebel İstehsalçısı” nominasiyasına layiq görülmüşdür. Tədbirdən əvvəl keçirilmiş “Laureatların nailiyyətləri sərgisi”ndə fabrikə məxsus olan stend iştirakçılar tərəfindən böyük marağa səbəb olmuşdur.
“Qardaşlar mebel” öz müvəffəqiyyətini dünya səviyyəsində tanıtmağı və “Made in Azerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılmasını qarşısına hədəf qoymuşdur. Hazırda bu istiqamətdə çox ciddi işlər görülür və əminliklə deyə bilərik ki qısa zamanda bu hədəfə də çatacağıq.
-Müştərilər mebellərlə daha geniş şəkildə necə tanış ola bilər?
Hazırda fabrikə məxsus 2 showroom mövcuddur ki, onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8 F ünvanında yerləşir. Müştərilər rahatlıqla burada sərgilənən mebellərlə tanış ola bilər. Hər kəsi məhsullarımızın keyfiyyətini və yeniliklərimizi yaxından izləmək üçün showroom-a dəvət edirik.
Ətraflı məlumat almaq istəyənlər üçün şirkətin saytı: https://gardashlar.com/
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat əvvəl
-
-
10 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
12 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
12 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
13 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib























