Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzv qəbul edildi
Beynəlxalq Birjalar Assosiasiyasının üzvlərinin 6 sentyabr 2019-cu il tarixində Qırğızıstan Respublikasında baş tutan ümumi yığıncağının qərarı ilə Bakı Fond Birjası bu assosiasiyaya üzv olaraq qəbul edilib.
Bu barədə Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumatda bildirilir.
"Bakı Fond Birjası fəaliyyəti çərçivəsində yerli kapital bazarlarını beynəlxalq səviyyədə təmsil edilməsinə, xarici ölkələrin qabaqcıl birjaları ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılan addımlar əsasında Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzv qəbul edilib", -məlumatda deyilir.
Beynəlxalq Birjalar Assosiasiyasında üzvlük Bakı Fond Birjasının inkişaf perspektivlərində bir sıra yeni imkanlar yaradır. Birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimalaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarların təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.
2000-ci ildə Rusiya Federasiyasında yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, üzvləri arasında təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümümi əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyada üç birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur. Assosiasiyanın üzvləri qismində başlıca olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini təmsil edən birjalar çıxış edir. https://mab-sng.org/en
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















