Meyvə istehsalçılarına veriləcək subsidiyanın məbləği məlum oldu
Azərbaycanda üzüm istehsalçıları bağın salındığı ilk 4 il ərzində hər hektar əkin sahəsinə görə dövlətdən 600 manat sudsidiya alacaqlar.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Beləliklə, üzüm üzrə əkin əmsalı 3 müəyyən edilib.
Bununla belə, əkindən 4 il sonra məhsulun yetişəcəyi və fermerin gəlir əldə edəcəyi nəzərə alınaraq əkin əmsalı 1,2-yə, subsidiyanın məbləği isə buna uyğun olaraq 240 manata endiriləcək.
Eyni qayda intensiv meyvə bağı salanlara da aiddir. Söhbət damcı suvarma sistemi ilə təmin olunmuş alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlardan; xurma vənar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlardan; limon, portağal, naringi və feyxoa bitkiləri üzrə1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlardan; fındıq üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlardan; əzgil, zoğal, iydə, əncir,qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlardan gedir. Bu zaman qərzəkli bitkilər istisna olmaqla digər meyvələrin istehsalçılara hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 800 manat (əkin əmsalı 4 olacaq), növbəti illərdə isə 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya veriləcək. Qərzəkli bitki istehsalçıları isə hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 400 manat (əkin əmsalı 2 olacaq), növbəti illərdə isə yenə də 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya alacaqlar. Bununla belə, qərzəkli meyvələrdən fındıq üzrə əkin əmsalı yalnız Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax,Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil ediləcək.
Adi meyvə bağı salanlara isə hər hektar əkin sahəsinə görə 240 manat subsidiya ödənilməsi (əkin əmsalı 1,2 olacaq) nəzərdə tutulub. Amma bunun üçün 1 hektara əkilmiş tinglərin sayı az 90 ədəd olmalıdır.
Və nəhayət, giləmeyvə istehsalçıları hər hektar əkin sahəsinə görə 200 manat subsidiya ödəniləcək. Yəni, əkin əmsalı 1 müəyyən edilib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























